Modern.az

Əbülfəs Qarayev: “Nəsimin məzarının bərpası ilə bağlı danışıqlar aparılır”

Əbülfəs Qarayev: “Nəsimin məzarının bərpası ilə bağlı danışıqlar aparılır”

12 Sentyabr 2019, 17:34

"Nəsiminin məzarının bərpası ilə bağlı dövlət tərəfindən danışıqlar aparılır".

 

Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Prezident məzarın bərpası, bu istiqamətdə danışıqlar aparılması ilə bağlı tapşırıq verib:

 

"Bu gün Suriyadakı vəziyyət buna böyük əngəldir. Hesab edirəm ki, "Nəsimi ili", "Nəsimi festivalı" bu məsələnin daha çevik həll olunmasına dəstək olacaq. Vəziyyət imkan verən kimi Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, digər qurumlar məzarın bərpası ilə bağlı işlər görəcəyik".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir