Modern.az

Tovuzda sabiq məhkəmə sədri güllələnib - TƏFƏRRÜAT - YENİLƏNİB-2

Tovuzda sabiq məhkəmə sədri güllələnib - TƏFƏRRÜAT - YENİLƏNİB-2

13 Sentyabr 2019, 12:01

Tovuz rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Modern.az Trend-ə xəbər verir ki, qətl hadisəsini törədən - 1959-cu il təvəllüdlü Əli Şamıyev əslən Tovuz rayonunun Yanıqlı kəndindəndir və uzun müddət Rusiyada biznes fəaliyyəti ilə məşğul olub. Qətlə yetirilən Firudin Ələkbərli isə vəkil olmasa da Tovuz rayonunda və digər ətraf rayonlarda nümayəndəlik kimi fəaliyyət göstərirmiş.

Hadisənin baş verməsinə səbəb isə tərəflər arasında pul söhbəti olub. Belə ki, Ə.Şamıyev hansısa bir mübahisəli məsələ ilə bağlı F.Ələkbərliyə müraciət edib.

F.Ələkbərli isə həmin problemin həll edilməsinə görə Ə.Şamıyevdən 5 min manat tələb edib. Məsələnin həlli yubandığından Ə.Şamıyev pulu F.Ələkbərliyə çatdırmayıb.

Məlumata görə, hadisədən bir gün əvvəl Ə.Şamıyev F.Ələkbərlinin çağırışı ilə onun Tovuz rayonunun mərkəzindəki ofisinə gəlib. F.Ələkbərli ofisdə Ə.Şamıyevi hədələyib və onun üstünə tapança çəkərək bildirib ki, 5 min manatı ona çatdırmayacağı təqdirdə şantaj yolu ilə ondan 10 min manat alacaq.

F.Ələkbərlinin bu hədələrindən bezən Ə.Şamıyev evə qayıdaraq kustar üsulla hazırlanmış odlu silah əldə edib. Ə.Şamıyev sentyabrın 13-də səhər saatlarında F.Ələkbərlinin ofisinə gəlib. F.Ələkbərli Ə.Şamıyevi yenidən təhdid edərək pulu tələb edib. Nəticədə Ə.Şamıyev özü ilə gətirdiyi silahdan atəş açıb. F.Ələkbərli təcili tibbi yardımla Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

 

Hadisəni törədən Ə.Şamıyev isə Tovuz rayon Polis Şöbəsinə gedərək cinayəti törətdiyini etiraf edib və könüllü olaraq təslim olub.

Xatırladaq ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.

***

Tovuzda vəkil Firudin Ələkbərlinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

Modern.az Trend-ə istinadən xəbər verir ki, bu barədə  Tovuz rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münaqişə zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. 

Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.

Hadisəni törədən Ə.Şamıyev könüllü olaraq polisə təslim olub.

Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Sonradan vəkil kimi fəaliyyət göstərib.

***

Tovuz sakini Firudin Ələkbərli güllələnib. 

Modern.az APA-ya istinadən xəbər verir ki, Firudin Ələkbərlini güllələməkdə şübhəli bilinən rayonun Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu saxlanılıb. 

F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən Ə.Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınır.

Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi