Modern.az

Qarabağ icmasının sədri: “Biz düşmənin dilini öyrənməliyik”

Qarabağ icmasının sədri: “Biz düşmənin dilini öyrənməliyik”

13 Sentyabr 2019, 16:55

“Biz düşmənin dilini bilmək üçün can atmalı, səy göstərməliyik”

 

Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağ  bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib:


“Mənim Bakının mərkəzində olan Erməni kilsəsinin önündə erməni dilində müraciətim onu göstərdi ki, biz cinayətkar rejimin əsarətində  olan  erməni icmasına məhz onların öz dilində müraciət edirik.  Bu cür müraciətlə onların informasiya blokadasından çıxarmağa çalışırıq.  Bunu təqdirəlayiq hal hesab edirəm. Bizim gəncləri, icma üzvlərini dəvət edirəm ki, erməni dilini öyrənsinlər. Çünki düşmənin dilini öyrənməkdən bizə xeyir gələr, ziyan yox.  Dilin öyrədilməsi üçün müvafiq kursların, təlim proqramlarını təşkil  edərək, əlimizdən gələni etməyə çalışırıq”.

Qeyd edək ki, son zamanlar erməni dilini bilən vətəndaşlarımızın sayı azalır. Bu dili  əsasən yaşlı nəsil bilir.  Bu səbəbdən gənclərə düşmən ölkənin dilinin öyrədilməsi istiqamətində  işlərin görülməsi  zəruri hal hesab olunmalıdır. Düşmənin siyasətini  elə onun öz dilindən eşidib, başa düşmək müsbət nəticələrin əldə edilməsində özül rol oynaya bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı