Modern.az

Mərkəzi Seçki Komissiyasında İCLAS - Dəyişiklik edildi

Mərkəzi Seçki Komissiyasında İCLAS - Dəyişiklik edildi

13 Sentyabr 2019, 16:59

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 29 may 2019-cu ildə keçirilən iclasının protokolu təsdiq edilib.

 

Modern.az xəbər verir ki, sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub. 

 

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub. Komissiyanın qərarı ilə 4 saylı Naxçıvan şəhər, 16 saylı Yasamal ikinci, 26 saylı Sabunçu birinci, 37 saylı Nizami birinci (Gəncə), 40 saylı Kəpəz ikinci (Gəncə), 71 saylı Masallı kənd, 80 saylı İmişli-Beyləqan, 83 saylı Ağcabədi-Füzuli, 93 saylı Bərdə şəhər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir