Modern.az

Keçmiş məhkumdan tapança götürüldü

Keçmiş məhkumdan tapança götürüldü

13 Sentyabr 2019, 19:30

Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları əldə edilən məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nəticədə üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakıxanov qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir