Modern.az

Müğənni jurnalisti döydü

Müğənni jurnalisti döydü

Aktual

13 Sentyabr 2019, 21:54

“Ela” mahnısı ilə populyarlaşan Türkiyənin sosial şəbəkə fenomeni Reynmen jurnalistlərə hücum edib.

Modern.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı sevgilisini görüntüləmək istəyən media nümayəndələrinə qarşı kobud davranıb.

O, “Show” TV-nin müxbiri Akif Yamana qışqırıb, daha sonra “Uçankuş” TV-nin müxbirinin əlindən zorla telefonunu alıb, çəkdiyi görüntüləri silməyə başlayıb.

İfaçı daha sonra A.Yamana hücum edərək ona sillə vurub. Jurnalistlər Reynmen ilə bağlı polisə şikayət ərizəsi yazıblar.

Reynmen polis tərəfindən saxlanılıb. O, ifadə verdikdən sonra sərbəst buraxılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı