Modern.az

5 Xəzəryanı ölkənin səlahiyyətli mümayəndəsi Bakıda toplaşacaq

5 Xəzəryanı ölkənin səlahiyyətli mümayəndəsi Bakıda toplaşacaq

16 Sentyabr 2019, 14:22

 

Bakıda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir.

 

Modern.az xəbər verir ki, Bu barədə jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib.

 

R.Səttarzadənin sözlərinə görə, tədbirin keçirilməsində məqsəd 6-8 noyabr tarixlərində Bakıda keçiriləcək Konvensiyanın Tərəflər Konfransına sənədlərin razılaşdırılması və təqdim edilməsi üçün hazırlanmasıdır: “Konvensiyanın tərəfləri, yəni bütün 5 Xəzəryanı ölkənin səlahiyyətli nümayəndələri bu tədbirdə iştirak edirlər. Tədbir 5 gün davam edəcək. Konvensiyanın məqsədi Xəzər dənizinin ətraf mühitinin və  biomüxtəlifliyinin mühafizəsi, dənizin çirklənmədən qorunması və s. istiqamətlərdə Xəzəryanı ölkələrin əməkdaşlıq çərçivəsini müəyyən edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir