Modern.az

Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir  

Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir  

Aktual

16 Sentyabr 2019, 14:29

Kolumbiya Azərbaycandan olan böyük gül şirkətlərini 2-4 oktyabr tarixlərində paytaxt Boqotada keçiriləcək Proflora gül sərgisinə dəvət edir.

 

Modern.az xəbər verir ki,  xəbər verir ki, sərgidə 16 ölkədən 200-dən çox gül şirkətləri iştirak edəcək.

 

Proflora dünya miqysasında gül sənayesinin bütün növ sahələri üçün əsas görüş mərkəzinə çevrilib, həmçinin, burada güllərdən başqa, müxtəlif növ ağaclar, bitkilər də tapmaq olar. Sərgidə iştirak edən yetişdiricilər və damazlıqlar bu yarmarkada iştirak edəcək. Milli və beynəlxalq çiçək mütəxəssisləri münsiflər heyətinin üzvləri olacaq.  Priflora çiçək ticarət şousunu 1991-ci ildə qurub. Bu 30 ildə Proflora Kolumbiya çiçəklərini tanıtmaq üçün əsas vasitədir. Bu ticarət şousu hər iki ildən bir keçirilir.

 

Əsas sərgi iştirakçıları beynəlxalq çiçək istehsalçıları, giriş tədarükçüləri, xidmət şirkətləri, seleksiyaçılar və bütün çiçəkçiliyin əsas üzvləri olacaq. 15 ildən bu yana Kolumbiya çiçəkləri Azərbaycana nəhəng çiçək şirkətləri tərəfindən ölkəyə gətirilir. Kolumbiya çiçəklərinin bu bölgəyə ixracatını çoxaltmaq üçün atılan uğurlu addımlardan biridir və gələcəkdə Azərbaycana çiçək tədarükünü artırmaq üçün ideal vasitədir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi