Arxiv
16 Sentyabr 2019, 17:22 | REPORTAJ
Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü”  - VİDEO  

Bir zamanlar oralarda da Bilik günü qeyd olunardı. İndiki kimi 15 sentyabrda olmasa da, 1 sentyabrda bütün Qarabağ məktəbləşərdi; sinif otağına, məktəb dəhlizlərinə çevrilərdi.

 

Çünki Qarabağın əsl ruhunu özündə daşıyan el ağsaqqalları müəllimlər, bulaqsulu gözlərinə sevinclə təşvişi bir araya yığan şagirdlər o dəhlizlərə, o sinif otaqlarına elə Qarabağın özünü gətirərdilər....

 

Qarabağ yaylaqdan sinif otaqlarına köçərdi...

 

 O yurdun, o elin bulaqgözlü insanları üçün bəlkə də Bilik günü elə bu köçün özü idi...

 

Kiçik video çarx... Gözlərimizin önündə Qarabağın ayrı-ayrı yerlərində-Laçında, Kəlbəcərdə, Ağdamda, Zəngilanda... ilk dərs günü çəkilən fotolar canlanır... Ağ-qara fotolardan boylanır bizə Qarabağ... Ağ-qara içindən hopub, Qarabağın özü boyda böyüyür bir ağrı...

 

Bir zamanların ən bəxtəvər insanlarının ilk dərs günündə çəkdirdiyi fotolardakı gülüşlər indi onlardan çox inciyib. Həmin gülüşlər o fotolardan çıxıb Qarabağ boyda ağrılaşır.

 

Aralarında sağ qalanları da var, dünyalarını dəyişənləri də... Qarabağlaşan ağrı həmin fotoların “sağ övladlarının gözlərinə dolur, ruhuna hopur...

 

Ağ-qara fotoların övladları indi böyüyüb, ağ-qara saçlı dəstələrə ayrılıblar... Amma hamısı indi də bir yerdə oxuyurlar: Vətənsizlik məktəbinin, yurdsuzluq dərdinin 26-cı sinfində...

 

Bu “məktəb”dəki imtahanın ağırlığı nə boydadır, bunu ancaq 26 ildir ki, eyni sinifdə oxuyanlar deyə bilərlər...

 

“Bu qədər də sinifdə qalmaqmı olar?” deyib, səbirsizliklə məzun olacaqları günlərini gözləyirlər...

 

Reallıq da budur ki, onlar artıq 26 ildir  (bəziləri 27 il) bu sinifdədirlər... Başqalarından fərqi olaraq onların “Bilik günləri” ildə bir neçə dəfə olur...

Elmin Nuri

Eybulla Ağadadaşov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərnişin avtobusu qəzaya uğradı: 25 yaralı 16 Dekabr 2019, 00:36 Goranboyda məktəbli yol qəzasının qurbanı oldu 15 Dekabr 2019, 23:46 Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır 15 Dekabr 2019, 23:20 Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi 15 Dekabr 2019, 23:01 Prezident aşpazın qonağı oldu 15 Dekabr 2019, 22:42 İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42