Modern.az

Yaxın aylarda Qarabağa dair çərçivə sazişi imzalana bilər

Yaxın aylarda Qarabağa dair çərçivə sazişi imzalana bilər

Təhsil

24 Dekabr 2009, 16:13

Qarabağ münaqişəsinin həllinə dair çərçivə sazişi yaxın bir neçə ay ərzində imzalana bilər. Modern.az-ın erməni mətbuatına istinadən məlumatına görə, bu barədə Erməni Milli Konqresinin üzvü Davit Şahnazaryan bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Qarabağ münaqişəsinin nizama salınmasına dair çərçivə razılaşmasının imzalanması bir neçə  ayın məsələsidir”-deyə Şahnazaryan deyib.  Onun sözlərinə görə, fövqəl dövlətlərin Qarabağ münaqişəsinin həllinə marağı artıb, 2010-cu ildə ATƏT-in Minsk qrupu həmsədrləri öz vasitəçilik missiyalarını daha da gücləndirəcək., bunun da nəticəsində çərçivə sazişinin imzalanması mümkün olacaq.

“Çərçivə sazişində Madrid prinsipləri əksini tapacaq, ötən il həmsədrlər tərəfindən ictimaiyyətə təqdim edilmiş 6 müddəa dəyişməz olaraq qalacaq”-deyə erməni  müxalifətçi bildirib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır