Modern.az

Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT

Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT

Aktual

17 Sentyabr 2019, 12:49

Bu gün Pressklub.az saytının təqdimat mərasimi keçirlib. Modern.az xəbər verir ki, saytın təqdimatını təsisçisi biri Arif Əliyev gerçəkləşdirib.

O qeyd edib ki, təsisçilərin əsas planı Bakı Mətbuat Klubunun bərpasıdır:

"Bu sayt isə hələlik virtual şəkildə Klubun fəaliyyətidir. Yaxın bir neçə ayda Bakı Mətbuat Klubunun da fəaliyyətini bərpa etməyi düşünürük. İstənilən təşkilatın dayanıqlı olması üçün bir neçə maliyyə mənbəsi olmalıdır. Biz isə hələlik etmək istədiklərimizin 30 faizini gerçəkləşdirmişik. Saytın fəaliyyətinin davam etdirilməsi üçün siyasi riskləri də mümkün qədər nəzərə almışıq".

Qeyd edək ki, Pressklub.az saytının kollektivi sırasına Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Mehman Əliyev kimi tanınmış simalar, eləcə də Ayxan Şıxlinski, Rauf Orucov, Aytən Əliyeva, Eldar Quliyev, Nicat Əliyev, Ülviyyə Şahin, Səbuhi Salamov daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır