Modern.az

Bakıdakı açılış dünyanın gözünü Azərbaycana YÖNƏLDİB

Bakıdakı açılış dünyanın gözünü Azərbaycana YÖNƏLDİB

17 Sentyabr 2019, 13:18

Ötən gün Bakıda  bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olunub. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak ediblər.

 

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Rauf  Əliyev Modern.az-a bu yarışın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.



“Dünyanın 39 ölkəsindən gələn qonaqlar açılış mərasimini böyük maraqla izlədi. Azərbaycan Dünya çempionatının açılışına layiq  təşkilatçılıq sərgilədi.  Ölkəmizdə gimnasitika 14 ildir sürətli şəkildə inkişaf edir. Vaxt var idi  ki, Bakıda gimnastika yarışları keçirmək üçün yer tapılmırdı.  Yavaş-yavaş, pillə-pillə bu idman növü Azərbaycanda irəli gedirdi. Təbii ki, burada ən böyük köməyi Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva göstərirdi. Zamanla bu idman növünə Azərbaycanda axın oldu. Bu gün nəinki Bakıda, Azərbaycanın bölgələrində də gimnastikaya maraq həddindən artıq çoxdur.  Gənclər asudə vaxtlarını səmərəli istifadə etməyə üstünlük verirlər. 4-5 yaşından başlayaraq, azərbaycanlı qızlar çempionatlarda çıxış edir. Bu, böyük bir nailiyyətdir. Mehriban xanımın göstərişləri ilə tikilmiş idman mərkəzləri dünya standartlarına cavab verib. Ümumiyyətlə, maddi-texniki baza olmayan yerdə idmanın inkişafından söz gedə bilməz. Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, İslam Oyunları, Formula 1 yarışları, futbol üzrə Avropa Liqasının  finalı göstərdi ki, ölkəmizdə tədbirlər yüksək səviyyədə təşkil olunur. İdman yarışlarının keçirilməsi üçün müəyyən şərtlə var, onların hamısının infrastrukturu Azərbaycanda yaradılıb. Bir çox ölkələr Azərbaycanın təcrübəsindən yararlanmağa çalşırlar. Bizim yeni gimnasitika arenamıza dünyanın bir çox ölkəsindən idmançılar gəlir, burada təlim-məşq toplantısı keçirirlər”.

 

Deputat bildirib ki, ötən gün çempionatın açılışı göstərdi ki, dünyada gimnasitika üzrə maddi-texniki bazasına görə belə möhtəşəm arena yoxdur. 

 

“Qısa müddətdə - 12 ildə gimnastlarımız 3 olimpiadada iştirak etdi, bu, çox böyük nailiyyətdir. Avropa Çempionatına, Dünya çempionatına getmək olar, amma Olimpiada ən yüksək səviyyəli yarışdır. Dünya çempionatında 40-45 ölkə olur, amma Olimpiadada 200-ə yaxın ölkə iştirak edir. Ora lisenziya qazanmaq asan məsələ deyil”.

 

R.Əliyev bildirib ki, belə böyük idman yarışlarını keçirmək Azərbaycan üçün artıq adi bir haldır.


“Bu yarışlar Azərbaycanın daha da təkmilləşməsinə, inkişaf etməsinə, dünyada tanınmasına təkan verir. Ölkəmizdə keçirilən yarışlar bütün dünyada nümayiş olunur. Azərbaycan bu gün müharibə şəraitində yaşayan ölkədir, ona görə belə təbliğatlar bizim üçün çox vacibdir. Dünya görsün ki, müharibə şəraitində olan ölkə möhtəşəm tədbirlərə evsahibliyi edir.
Federasiya işə yeni başladığı dövrdə xaricdən gimnastlar cəlb olunurdu, ancaq indi bizim öz gimnastlarımız yarışlarda iştirak edir, bu da inkişafın göstiricisidir. Mən Federasiyanın Prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etmək istəyirəm ki, belə möhtəşəm tədbirlərin Azərbaycanda keçirilməsinə nail olur. Mehriban xanımın qayğısı nəticəsində bu idman növü zirvlərə qalxır.  Dünya çempionatının Azərbaycanda keçirilməsi bütün dünyanın gözününün burada olması deməkdir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu