Modern.az

ŞAH MAT Teatrı “Qodonun intizarında”...

ŞAH MAT Teatrı “Qodonun intizarında”...

Aktual

17 Sentyabr 2019, 14:11

“Zirzəmi teatrı” üslubundakı ŞAH MAT Teatrının səhnəsində absurd teatrın yaradıcılarından olan irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin "Qodonun intizarında" pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Teatrın mətbuat katibi Turan Etibaroğlu Modern.az-a bildirib ki, səhnə əsəri 19 sentiyabr saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"da nümayiş olunacaq.

İstedadlı gənclər Mir Qabil Əkbərov (Vladimir), Ümüd Abbas (Estraqon),Səid Abbas (Poçço),Pərvin Dadaşovanın (Lakki) rol aldıqları səhnə əsəri tanınmış rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda hazırlanıb.

Tamaşaçılara təqdim olunan nümunə "Absurt" üslubunda hazırlanıb. Səhnə əsərində iki nəfər heç bir iş görmədən oturub bir ağacın altında Qodonu gözləyirlər, amma Qodo gəlmir. Və buna hər gün davam edirlər. Qodonu gözləməklə inanırlar ki, onun gəlişi onları çətin vəziyyətdən qurtaracaq və hər şey yaxşı olacaq. Lakin Vladimir obrazının dili ilə desək, "heç kəs gəlmir, heç kəs getmir, heç nə baş vermir". Əsasən gənclərdən ibarət səhnə nümunəsinin biletləri 3 AZN təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı