Modern.az

Putinin həbsi tələb olundu

Putinin həbsi tələb olundu

15 Fevral 2012, 16:28

Ukraynalı deputat Rusiya baş nazirini Timoşenko kimi günahkar hesab edir

Ukrayna Ali Radasının deputatı Qriqori Omelçenko Rusiyanın baş naziri Vladimir Putinin həbs olunmasını tələb edir. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, deputatın fikrincə, 2009-cu ildə Rusiya ilə Ukrayna arasında imzalanan qaz müqaviləsinə görə bu ölkənin keçmiş baş naziri Yuliya Timoşenko həbs edildiyindən Putinə də qarşı cinayət işi qaldırılmalıdır.

Q.Omelçenko bununla bağlı Ukraynanın təhlükəsizlik xidmətinə baş prokurorluğuna mürciət də edib. Deputat iddia edir ki, Putin barəsində Ukraynanın iqtisadi və milli təhlükəsizliyinə külli miqdarda zərərvurma, dövlətin suverenliyinə real təhlükə törətməklə bağlı ittiham irəli sürülməlidir. Amma Omelçenko Rusiya hökumətinin indiki rəhbərinin həbsinin necə həyata keçirilməsini açıqlamır.

2009-cu ildə Rusiya ilə Ukrayna arasında qaz müqaviləsi 10 illiyə bağlanıb. Ukraynada 2010-cu ildə hakimiyyət dəyişəndən sonra yeni rəhbərlik bu müqaviləyə yenidən baxılması qərarına gəlib. Amma Rusiya tərəfi razılaşmanın şərtlərini dəyişdirməkdən imtina edib.

Y.Timoşenko isə 2011-ci ildə həmin qaz müqaviləsi imzalanan zaman baş nazir kimi səlahiyyətlərini aşmasqda təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir