Arxiv
18 Sentyabr 2019, 14:52 | AKTUAL
Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib

 

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti və Tacikistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib.

 

Modern.az xəbər verir ki, Forum Azərbaycan ilə Tacikistanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinin müzakirəsi, hər iki ölkənin bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında əlaqələrin qurulması və təcrübə mübadiləsi aparılması məqsədi ilə təşkil olunub.

 

Forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak ediblər.

 

Aqrobiznes forumunun açılışında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tacikistan ilə ölkəmiz arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sektorda da əlaqələrin yeni müstəvidə inkişaf etdiyini vurğulayıb.

 

Nazir müavini Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, kənd təsərrüfatının ölkəmizdə prioritet sahə elan olunduğunu qonaqların diqqətinə çatdırıb. Həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə məlumat verib.

 

“Azərbaycanda aqrar sektorun inkişafı əhalinin tələbatının yerli məhsullar hesabına ödənilməsinə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu sahənin inkişafı ölkənin aqrar məhsullarının ixracı sahəsindəki imkanlarının daha da genişləndirilməsinə şərait yaradacaq. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb”, - deyən İ.Quliyev Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin mövcud olduğunu diqqətə çatdırıb. Bildirib ki, iki ölkənin iş adamlarının kənd təsərrüfatı sahəsində əməkdaşlığı üçün geniş imkanlar var.

 

Tacikistanın səfiri Rustam Soliyev çıxış edərək bildirib ki, ölkələrimiz arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır. Digər sahələrdə olduğu kimi, aqrar sektorda da əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

 

Kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılması layihələri üzərində iş aparıldığını vurğulayan səfir bugünkü forumun Tacikistan mütəxəssislərinin Azərbaycanın təcrübəsinin öyrənilməsi baxımından da vacib olduğunu deyib.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev belə forumların qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması, yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb. Yusif Abdullayev ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

 

Tacikistanın iqtisadi, o cümlədən aqrar sahədəki potensialı barədə danışan Xudjand şəhərinin rəhbəri Maqruf Muhammadzoda tacik iş adamlarının azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

 

Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində mühüm irəliləyiş baş verdiyini deyən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bu sahəyə böyük dövlət dəstəyinin göstərildiyini vurğulayıb: “Ölkəmizin kənd təsərrüfatı son illərdə öz uğurları ilə seçilən sektorlardan biridir. Bu, özünü ilin ilk altı ayının nəticələrində və ixrac rəqəmlərində də göstərir”.

 

Bugünkü forumda tacikistanlı iş adamlarının, dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etdiyini xatırladan L.Məmmədova əmin olduğunu bildirib ki, belə tədbirlər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən aqrar sahədə əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq.

 

Sonra Azərbaycan və Tacikistanın kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar edilib, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunub, ikitərəfli görüşlər keçirilib.

 

Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgi də təşkil olunub.

 

Tacikistanlı qonaqların Quba və Xaçmaz rayonlarına səfəri də nəzərdə tutulur. Onlar əvvəlcə Bakı Yağ Emalı Fabrikinə, sonra Xaçmaz Konserv Zavoduna və Quba “ABAD Factory” İstehsalat Kompleksinə gedəcək, həmin müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33