Modern.az

Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu

18 Sentyabr 2019, 16:43

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı davam edir.



Modern.az xəbər verir ki, bu gün qadın güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olub. Görüş Mariyanın inamlı qələbəsi ilə başa çatıb - 13:0. Bununla da güləşçimiz ikinci dəfə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib.

M.Stadnik çempionatın yarımfinalına yüksəlməklə Tokio Olimpiadasına vəsiqəni təmin etmişdi.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...