Modern.az

İldırım vurması nəticəsində17 nəfər öldü

İldırım vurması nəticəsində17 nəfər öldü

18 Sentyabr 2019, 20:47

Hindistanda  17 nəfər ildırım vurması nəticəsində həlak olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki Bihar ştatında qeydə alınıb.

Məlumata görə, ölüm halları bir sutka ərzində ştatın müxtəlif ərazilərində qeydə alınıb.

Bihar ştatında leysan yağışlar davam edir. Yağıntılar nəticəsində Qanq çayının səviyyəsi normadan xeyli yüksəlib.

Sahil zonalarda yaşayan sakinlərə xəbərdarlıq edilib. Bəzi yerlərdə daşqınlar da qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...