Modern.az

Hamilə qadın toy günü öldü - FOTO, VİDEO

Hamilə qadın toy günü öldü - FOTO, VİDEO

18 Sentyabr 2019, 21:59

30 yaşlı braziliyalı tibb bacısı Cessika Qedes toy günü dünyasını dəyişib.

Modern.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hamilə olan qadın nikahına bir neçə dəqiqə qalmış insult keçirib. Əvvəlcə halı pisləşən Cessikanın toya görə həyəncanlandığını zənn ediblər. Ancaq daha sonra huşunu itirən gəlini xəstəxanaya çatdırıblar. Qeysəriyyə əməliyyatı ilə körpəsinin həyatını xilas etmək mümkün olsa da, Cessika vəfat edib.

Qedesin 31 yaşlı əri Flavio dərin kədər içərisində olduğunu deyib:

“Baş verənlərə inana bilmirəm. Elə bil, kədərli filmdir. Ancaq mən bu filmə bir ömür boyu ağlayacam və ağrı-acısı bir ömür boyu ürəyimdə qalacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...