Modern.az

“Qalatasaray” heç-heçəyə razılaşdı

“Qalatasaray” heç-heçəyə razılaşdı

18 Sentyabr 2019, 22:56

Çempionlar Liqasında qrup mərhələsinin I turunun ikinci oyun gününə start verilib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, günün iki matçı başa çatıb.

Türkiyə çempionu “Qalatasaray” səfərdə “Brügge” ilə qarşılaşıb. A qrupunun Belçikada baş tutan görüşündə qol vurulmayıb.

Bununla da “sarı-qırmızılar” qitənin ən nüfuzlu klub turnirinə səfərdə qazanılan bir xalla start verib. Bu qrupun digər matçında PSJ və “Real” üz-üzə gələcək.

Digər matç B qrupunda keçirilib. Yunanıstan təmsilçisi “Olimpiakos” “Tottenhem”lə qarşılaşmada iki top buraxsa da, sonradan hesabda tarazlıq yarada bilib.

Qeyd edək ki, günün digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Çempionlar Liqası
Qrup mərhələsi

I tur
18 sentyabr

A qrupu
20:55. “Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə) – 0:0

B qrupu
20:55. “Olimpiakos” (Yunanıstan) – “Tottenhem” (İngiltərə) – 2:2
Podense, 44, Valbuena, 54 (pen.) - Keyn, 26 (pen.), Moura, 31

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi