Modern.az

Xələf Xələfov: “Azərbaycan hər bir Xəzəryanı ölkə ilə sıx əməkdaşlıq edir”

Xələf Xələfov: “Azərbaycan hər bir Xəzəryanı ölkə ilə sıx əməkdaşlıq edir”

19 Sentyabr 2019, 11:22

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin töhfəsidir. Azərbaycan hər bir Xəzəryanı ölkə ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu, Xəzərdə qarşılıqlı təhlükəsizliyin, etimadın təmini üçün mühüm amildir.

 

Modern.az  xəbər verir ki, bu sözləri Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov sentyabrın 19-da işə başlayan IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.

 

X.Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya 3 istiqaməti əhatə edir:

“Birincisi regionda əməkdaşlığın daha da möhkəmlənməsidir. Bu Xəzəryanı ölkələr arasında siyasi dioloqun, beynəlxalq münasibətlərin inkişafına təkan deməkdir. İkinci istiqamət iqtisadi, üçüncü istiqamət isə ekoloji əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xəzərin ekoloji hüququnun formalaşması burada həyata keçirilən bütün layihələrin beynəlxalq ekologiya standartlarına cavab verməsinə səbəb olacaq. Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?