Modern.az

Əsgər xəstəlikdən vəfat edib, şəhid olmayıb - İcra Hakimiyyətindən AÇIQLAMA

Əsgər xəstəlikdən vəfat edib, şəhid olmayıb - İcra Hakimiyyətindən AÇIQLAMA

19 Sentyabr 2019, 13:01

Bu gün sosial şəbəkələrdəki bəzi paylaşımlarda Cəlilabad rayon sakini olan hərbi qulluqçu Sənan Hüseynovun şəhid olduğu bildirilib.

 

Modern.az saytı məsləyə aydınlıq gətirilməsi üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

 

İcra Hakimiyyətindən bildirilib ki, Sənan Hüseynov şəhid olmayıb.

 

“Sənan Hüseynov şəhid deyil. O, xidməti borcunu yerinə yetirərkən rəhmətə gedib. Sənan Hüseynova “leykoz” diaqnozu qoyulub. Əsgər dünən axşam rəhmətə gedib və bu gün dəfn olunub”.


İcra Hakimiyyətindən o da bildirilib ki, mərhum əsgər Sənan Hüseynov Şəmkirdəki N saylı hərbi issədə qulluq edirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir