Arxiv
23 Sentyabr 2019, 12:53 | HADİSƏ
Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR

Sentyabrın 20-də saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də insident baş verib.

Dövlət Sərhəd Xidmətindən Modern.az-a bildirilib ki, Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomo­bilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli apar­­ması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

 

Şübhəli şəxs gizlin yerdən bağ­la­ma götü­rərək hadisə yerin­dən uzaq­laş­mağa cəhd edərkən sərhədçilər tərə­findən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalış­ıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət gös­tərib, baş leytenant Al­lahverdi İsmayılova bı­çaq ilə xəsarət yetirib. Buna baxmayaraq sər­hədçi zabit şücaət nü­mayiş etdirmiş və cinayətkarı tərkisilah edərək saxlayıb.


Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yar­­­dım göstərilib, vəziyyəti qənaətbəxşdir.


Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılmış bağla­maya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.


İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxla­nılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndi­nin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəl­lüdlü Naxçıvan MR, Babək ra­yon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avto­mo­bi­lin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarla­naraq götürülüb.


Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et­di­rilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərnişin avtobusu qəzaya uğradı: 25 yaralı 16 Dekabr 2019, 00:36 344 region sakini pulsuz hüquqi yardım alıb 16 Dekabr 2019, 00:06 Goranboyda məktəbli yol qəzasının qurbanı oldu 15 Dekabr 2019, 23:46 Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır 15 Dekabr 2019, 23:20 Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi 15 Dekabr 2019, 23:01 Prezident aşpazın qonağı oldu 15 Dekabr 2019, 22:42 İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46