Modern.az

Saakaşvili və Medvedev İlham Əliyevi təbrik edib

Saakaşvili və Medvedev İlham Əliyevi təbrik edib

24 Dekabr 2009, 19:19

Dekabrın 24-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Mixeil Saakaşvili İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Mixeil Saakaşviliyə minnətdarlığını bildirib. Bu gün Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon açıb.   Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə etmiş, 2009-cu ildə Prezidentlər səviyyəsində keçirilən çoxsaylı ikitərəfli görüşlərin əhəmiyyətini vurğulamış, 2010-cu ildə bu görüşlərin davam etdirilməsi haqqında razılıq əldə ediblər. Telefon söhbəti zamanı Prezident İlham Əliyev Rusiya Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Qeyd edək ki, dekabrın 24-də İlham Əliyevin 48 yaşı tamam olub.
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?