Modern.az

Rus qızla evlən, 1 ilə vətəndaşlıq al!

Rus qızla evlən, 1 ilə vətəndaşlıq al!

Aktual

25 Sentyabr 2019, 11:24

“Yeni qanun layihəsinə görə, ruslarla evlənən xarici vətəndaşlar 1 il sonra Rusiya vətəndaşı olacaq”.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada son illərdə Rusiya vətəndaşlığına keçid üçün hazırlanan qanun layihəsi prezident Vladimir Putinin sərəncamı ilə rəsmiləşdirilib. Qanuna görə, Rusiya vətəndaşı ilə evləndikdən 1 il sonra xarici vətəndaşlar rəsmi müraciət edə və rəsmi olaraq Rusiya vətəndaşı ola bilərlər. Uzun müddət üzərində işlənən qanun layihəsinin rəsmiləşdirilməsi ilə ruslarla evlənənlərin bu problemi aradan qaldırılır.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya vətəndaşları ilə evlənənlər ən azı 3 il orada yaşadıqdan sonra Rusiya vətəndaşlığına keçə bilərdilər. Yeni qanun oktyabrın 2-dən qüvvəyə minəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır