Arxiv
25 Sentyabr 2019, 11:48 | ƏDƏBİYYAT
İzdivac və idxalın Azərbaycan dilini zənginləşdirməsi
Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor

 


Dil mədəniyyətinin rəqabət imkanları Azər­bay­can dilini müasir dünyanın mədəniyyət dəyərləri ba­xı­mından da zənginləşdirir. Məsələn, xarizma (xüsusi istedad, insanları ələ alabilmə qabiliyyəti, cazibə – fransız sözüdür), impakt-faktor (elmi jurnalın əhə­miy­yətini göstərən hesab göstəricisi – ingilis sözü­dür), implantasiya (diş əkilməsi – alman sözüdür), in­no­vasiya (yüksək səmərəliliyə malik yeniliyin tət­biqi – latın sözüdür), insident (toqquşma, hadisə – latın sözüdür), instaqram (şəkil və videoyazıları çə­kib mübadilə etmək, onlara filt tətbiq edə bilmək və öz servisindən digər şəbəkələrə ötürmə imkanına ma­lik olan sosial şəbəkə – ingilis sözüdür), interaktiv (əks əlaqəsi olan, dialoqa girən; insan və kütləvi in­for­masiya əlaqələri arasında ünsiyyət yaradan – ingilis sözüdür), internet (informasiyanın saxlanıl­ma­sı və ötürülməsi məqsədilə birləşdirilmiş kompüter şəbəkələrinin ümumdünya sistemi – ingilis sözüdür), kampus (universitet və ya məktəb şəhərciyi – ingilis sözüdür), kofe-breyk (elmi və ya biznes-konfransda qida qəbul etmək və qeyri-rəsmi ünsiyyət qurmaq üçün 10-40 dəqiqəlik qısa fasilə – ingilis sözüdür), kombi (isitmə sistemi – ingilis sözüdür), laminat (əsa­sı taxta lifli lövhələrdən ibarət döşəmə örtüyü – in­gilis sözüdür) və s. sözlər və bu qəbildən olan digər yüzlərlə sözlər müasir dünyanın məişət, elm, eləcə də digər sahələrlə bağlı dəyərləri ilə Azərbaycan dilini zənginləşdirir.


Dilin lüğət tərkibinə izdivac olunmuş, idxal olun­muş sözlər təkcə dilin lüğət tərkibini zəngin­ləş­dir­mir, həm də mənbə dilin enerjisini, ruhunu, gücünü və im­kan­larını da özü ilə gətirir. Bunların hamısı üst-üstə yı­ğı­laraq dilin lüğət tərkibindəki sözlərin məna zən­gin­li­yi­ni, bütövlükdə dilin özünün imkanlarını, sözlər və on­la­rın mənalarının bolluğunu təsdiq edir. Belə ol­du­ğu üçün bədii ədəbiyyat nümunələri təsirli olur, xü­susilə şeir nitq mədəniyyətinin ən kamil forması kimi özünü gös­tərir. Sevilən ədəbi-bədii nümunələr şair və ya­zı­çı­nın istedadı ilə yanaşı, onun yazdığı dilin imkan­ları əsa­sın­da reallaşır. Məsələn, Cəfər Cabbar­lı­nın “Ana” şeiri bir tərəfdən onun istedadını, digər tərəfdən onun Azər­bay­can dilinin lüğət tərkibindəki milli söz­lər­lə yanaşı, ərəb və fars mənşəli sözlərdən çələng hör­mək bacarığı ilə bağlıdır. Cəfər Cabbarlı milli sözlərlə yanaşı, ərəb və fars sözlərini hərəkətə gətirməklə dili­mi­zin lüğət tər­ki­bindəki zənginliyi anlada bilmiş (bu, işin bir tərəfi), digər tərəfdən fikrini, hissini, duy­ğu­sunu ifadə etmək üçün monotonluğu yaxşı mənada da­ğıt­mış, milli, ərəb və fars sözləri vasitəsilə politonluq yaratmışdır. Nəti­cə­də Cəfər Cabbarlı dilimizin lüğət tərkibində mövcud olan milli, ərəb və fars sözlərinin enerjisi, potensialı, mə­na incəlikləri əsasında oxucunu özünə ram etmişdir. “Ana” şeirinin gücü dilimizin lüğət tərkibindəki milli, ərəb və fars sözlərinin yerin­də, məqamında düzgün is­ti­fa­də olunmasındadır. Əsl sənətkarlıq da bundadır. De­mə­li, dilimizin lüğət tərki­bin­dəki alınma sözlərin yarat­dı­ğı möcüzə kimi “Ana” şeiri ən böyük sənət əsəridir.

 


        Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,

Ürək süqut eləməz aldığı mətanətdən.

Ricavü xövfə məkan vermərəm gər alimlər

Min il də vəz edələr dəhşəti-qiyamətdən.

 

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,

Və ya ki, vəd edələr dövləti-cahani mənə

Ki, bir kəsə baş əyib iczimi bəyan eyləyim,

Əyilmərəm nə ki, yer, versələr səmanı mənə.

 

Yanımda gər dura cəllad əlində şəmşiri,

Ölüm gücilə mənə hökm edə təslim,

Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun

Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən

Fəqət nə güclü, zəif bir vücud var, yahu,

Ki, hazıram yıxılıb xaki-payinə hər gün,

Öpüm ayağını icz ilə – Kimdir o? Nədir o?

 

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir;

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

 

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!

Atıl, cahana sən, ey ildırım, alış, parla!

Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl,

Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

 

Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!

Fəqət ana! O müqəddəs adın qabağında

O pak bağrına bassın məni, desin lay-lay,

Təbəssüm oynadaraq titrəyən dodağında.

 

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

Uçar səmalara o aləmi-xəyalətdə.

Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

  • .. Ana... Sənə mən rahibəm itaətdə!..

 


Beləliklə, dilin lüğət tərkibində izdivacın, idxalın yaratdığı qeyri-adiliyi Cəfər Cabbarlının “Ana” şeiri­nin simasında belə ümumiləşdirmək olar:


Birincisi, dilin sinonim zənginliyinin yaran­ma­sın­da idxal olunmuş sözlər mühüm rol oynayır. Cəfər Cabbarlı da idxal olunmuş belə sözləri “Ana” şeirin­də ustalıqla istifadə etmişdir. Məsələn, ərəb mənşəli bəşəriyyət (sinonimləri: insanlıq, insanlar), süqut (si­no­nimləri: düşmə, yıxılma, enmə), mətanət (sino­nim­ləri: dayanıqlı, sabitlik, möhkəmlik//mətinlik), xövf (qor­­xu, təhlükə), vəz (sinonimləri: nəsihət, öyüd, möizə), həqiranə (sinonimləri: həqircəsinə, alçaq­ca­sı­na), vücud (sinonimləri: bədən, cəsəd, cisim; şəxs, nəfər, zat, yaradılmış məxluq), səcdə (sinonimləri: üzünü yerə sürtmə; namazda alını möhürə söykəyib, Qu­ra­nın bəzi yerlərini oxuyarkən alnını ona söykəyib dua oxuma), fəxarət (sinonimləri: öyünmə; iftixar etmə, iftixar, fəxr) və s., fars mənşəli şəmşir (sino­ni­mi: qı­lınc), xakpay (sinonimləri: ayaq basılan yer; astana, kandar), bəzm (eyş-işrət, kef məc­lisi//yı­ğın­caq, məc­lis; söhbət, ixtilat), pak (sinonimləri: təmiz, ləkəsiz, eyibsiz, nöqsansız; saf, xalis, təmiz; müqəd­dəs, mü­ba­rək, əziz), pərvaz (sinonimləri: uçma, uçuş; uç­ma­ğa yeni başlayan quş balası) və s. sözlər idxal olun­muş sözlər kimi dilimizin lüğət tərkibini zən­gin­ləş­dir­mişdir. Dilimizə idxal olunmuş sözlərin yarat­dı­ğı məna bolluğunu dillərarası əlaqənin nəticəsi kimi təsdiq etmişdir.


İkincisi, ərəb və fars sözlərinin şeirdə işlənməsi monotonluğu aradan qaldırmış, mümkün qədər fikrin ifadə imkanlarına rəngarənglik vermişdir.


Üçüncüsü, ərəb və fars sözlərinin şeirdə işlən­mə­si dilçilərə, ədəbiyyatşünaslara, mətnşünaslara anla­dır ki, sözlərin idxal prosesi dilin zənginliyi ilə ya­na­şı, dilin zövqünü və estetikasını formalaşdırır.


Dördüncüsü, ərəb və fars sözlərinin şeirdə iş­lən­məsi şairin (Cəfər Cabbarlının) ərəb, fars sözlərini mə­qamında işlətməklə Azərbaycan dilində mədə­niy­yət xəzinəsi yaratmaq qabiliyyətinə əyani sübutdur. Həm də milli sözlərimizlə yanaşı, ərəb və fars söz­lə­rin­dən istifadə etməklə üç millət arasında mədəni əlaqənin mərhələ təşkil etməsinə bir işarədir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən gənc baş naziri seçildi - FOTO 9 Dekabr 2019, 14:10 Vulkan püskürdü, 5 nəfər öldü 9 Dekabr 2019, 14:00 Azərbaycanda çalışan miqrantlar - fəhlələr, “importnu dayələr”, türk aqronomlar...  9 Dekabr 2019, 13:54 Dövlət Komitəsinin sədrindən qadınlara ÇAĞIRIŞ 9 Dekabr 2019, 13:52 Daha bir əcnəbi nümayəndə heyəti Qarabağa qanunsuz səfər etdi 9 Dekabr 2019, 13:51 Atası ilə ögey anası tərəfindən döyülən uşaqlarla bağlı - Rəsmi açıqlama 9 Dekabr 2019, 13:43 Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru danışdı: Avropa İnstitutları, Avropa parlamenti, yerli qurumlar... 9 Dekabr 2019, 13:39 Dünya siyasətinin məşhur homoseksualları – SİYAHI+FOTOLAR 9 Dekabr 2019, 13:38 Ağstafada tank əleyhinə mina tapılıb   9 Dekabr 2019, 13:27 "Qızım İlkinin evində öldü" - Atası DANIŞDI 9 Dekabr 2019, 13:20 Sidikdə qanın görülməsi çox ciddi xəstəliklərə işarət edir - HƏKİM 9 Dekabr 2019, 13:12 Sabah bu ərazilər işıqsız qalacaq - "Azərişıq"dən XƏBƏRDARLIQ 9 Dekabr 2019, 13:05 Sabah da yağış yağacaq   9 Dekabr 2019, 13:01 Ali məktəb imtahanları ilə bağlı rektorlara göstəriş - Nazir əmr imzaladı 9 Dekabr 2019, 12:56 Putin Zelenski ilə nələri müzakirə edəcək? 9 Dekabr 2019, 12:55 Ermənilər Azərbaycanla sərhəddə doğulan hər körpəyə 1000 dollar ödəyəcək 9 Dekabr 2019, 12:48 Azərbaycan Kommunist Partiyasında QALMAQAL? - Sədr: “Bu bir oyundur” 9 Dekabr 2019, 12:44 Bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib - FOTO  9 Dekabr 2019, 12:27 Bakının yeni Baş Planının bəzi detalları açıqlandı 9 Dekabr 2019, 12:20 BAXCP növbədənkənar parlament seçkilərində iştirak edəcək 9 Dekabr 2019, 12:13 “Keşlə” klubundan bacısı intihar edən futbolçu ilə bağlı AÇIQLAMA 9 Dekabr 2019, 12:09 V çağırışın fəal deputatlarının siyahısı: Mərhum Yevda Abramov qalib seçildi 9 Dekabr 2019, 12:07 Günəş tutulacaq - Bakıdan izləmək mümkün olacaq 9 Dekabr 2019, 12:01 Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb - FOTO 9 Dekabr 2019, 11:56 Təhsil naziri: “Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq 9 Dekabr 2019, 11:56 Riqada bir gün - FOTO 9 Dekabr 2019, 11:47 Xırdalanda yaşayış evində partlayış: ev sahibi ağır yaralanıb   9 Dekabr 2019, 11:43 İlham Əliyev rusiyalı naziri qəbul edib - FOTO 9 Dekabr 2019, 11:38 Azərbaycanda Fəal Yaşlanma İndeksi hazırlanacaq 9 Dekabr 2019, 11:35 “20 Yanvar”ın 30 illiyi necə qeyd olunacaq? 9 Dekabr 2019, 11:34 Dəm qazı ölümləri ilə bağlı cinayət işi açıldı 9 Dekabr 2019, 11:30 “Onlar bu cür xəstə təfəkkürlə çox da uzağa gedə bilməyəcəklər” - Deputat 9 Dekabr 2019, 11:21 SƏLİS-lə bağlı ATƏT PA-nın prezidentinə müraciət edildi 9 Dekabr 2019, 11:16 Vaxtından əvvəl və bağırsağı çöldə doğulan körpəni ATU həkimləri sağaltdı    9 Dekabr 2019, 11:12 Faktiki hava AÇIQLANDI 9 Dekabr 2019, 11:07