Modern.az

5 günə Azərbaycan dilini öyrənən nigeriyalı tələbə - VİDEO

5 günə Azərbaycan dilini öyrənən nigeriyalı tələbə - VİDEO

25 Sentyabr 2019, 12:34

Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələbəsi Somtoçukvu Çidinma Ali Məktəbin “Bilik Günü”ndə çıxışı zamanı azərbayan dilində tədbir iştirakçılarını salamlayıb, ölkəmizdə təhsilə başlamasından həyəcan duyduğunu qeyd edib.

 

Modern.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbində təhsil alan tələbə 5 gün ərzində BANM-in əməkdaşlarının köməyi ilə Azərbayan dilində danışmağı öyrənib.

  

BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə, o cümlədən, Somtoçukvu Çidinma 2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaq. Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər. Onların BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir