Modern.az

Azərbaycanda turisti meymun dişlədi 

Azərbaycanda turisti meymun dişlədi 

26 Sentyabr 2019, 11:21

Azərbaycana gəzməyə gələn 58 yaşlı İngiltərə vətəndaşını meymun dişləyib. Hadisə turist Qəbələdə olarkən baş verib. Bakıya qaldığı otelə geri dönən İngiltərə vətəndaşı həkimə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda xəstə ambulator müalicə alır:

"Ötən gün saat 21:11-də 58 yaşlı İngiltərə vətəndaşı sol saitin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib. Həkimlər onu Kliniki Tibbi Mərkəzə çatdırıblar. İngiltərə vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir