Modern.az

“Koroğlu\" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə örtüklü yol çəkiləcək

“Koroğlu\

26 Sentyabr 2019, 11:30

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlər üçün istifadəyə veriləcək. Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, HUB-a daxil olacaq avtobusların sürücüləri yaxın günlərdə test yürüşü həyata keçirəcək.

"Metronun "Koroğlu" stansiyasından Nəqliyyat Mübadilə Mərkəzinə yol uzun olduğu üçün sərnişinlərə günün isti və ya soyuq vaxtlarında gəlmək çətin olur. Yaxın vaxtlarda metro stansiyası ilə Nəqliyyat Mübadilə Mərkəzi arasında xüsusi örtüklü dəhlizin inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda, metro stansiyası və onun yanındakı avtobus dayanacağına qədər görmə əngəlli insanlar üçün tratil piltələrin düzəlməsi nəzərdə tutulub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir