Modern.az

İstanbulda yaşayan azərbaycanlı jurnalistlər zəlzələdən YAZDILAR: “Allah bu dəfə bizi qorudu”

İstanbulda yaşayan azərbaycanlı jurnalistlər zəlzələdən YAZDILAR: “Allah bu dəfə bizi qorudu”

26 Sentyabr 2019, 17:18

Bu gün Bakı vaxtı ilə saat 15:00 radələrində İstanbulda 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində bəzi yerlərdə dağıntılar baş verib, telefon və internet şəbəkəsinin verilməsində müəyyən probemlər yaranıb. Məktəblərdə və universitetlərdə tətil elan olunub. Bununla bağlı sosial şəbəkədə status yazanlar olub.

Modern.az həmin statusları təqdim edir:

 
Yeni Alanya Qəzeti və Dim TV-nin rəhbəri, Qlobal Qəzetçilər Şurasının sədri Mehmed Ali Dim:

“Zəlzələ olan vaxt FOX TV-nin binasındaydım, təşvişlə çölə çıxdıq. Hamı həyəcanlı şəkildə telefonuna əl atdı, amma şəbəkə yox idi. Güclü zəlzələ baş versə, nələr olacağını siz düşünün artıq”.


Azərbaycanlı jurnalist Məhsəti Şərif:

“Çox güclü zəlzələ oldu. Allah bu dəfə bizi qorudu. Məktəblər boşaldıldı. İnşallah, bir daha yaşamarıq”.

Mərmərə universitetinin professoru Okan Yeşilot:

“Zəlzələ baş verən vaxt universitetdə dərs deyirdim. Təcili həyətə çıxdıq. Universitetlərdə və məktəblərdə tətil elan olundu. Deyilən məlumata görə, 24 dəfə zəlzələ olub”.

Tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva:

“İstanbul, keçmiş olsun. Çox pis yelləndik. Allah betərindən qorusun”.

 

Sultansoy media şirkərinin rəhbəri Pərviz Sultansoy:

“İstanbulda güclü zəlzələ oldu. Allah qorusun, 5.8 ballıq bütün stress Mərmərə dənizinə keçdi”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir