Modern.az

Deputat: “Paşinyanın ağılsız bəyanatları onun əleyhinə işləyir”

Deputat: “Paşinyanın ağılsız bəyanatları onun əleyhinə işləyir”

Aktual

26 Sentyabr 2019, 18:43

Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambelyasının tribunasından sərt çıxış edib.

 

Qarabağ münaqişəsi ilə bağlı danışan Paşinyan beynəlxalq tribunadan Azərbaycan və Türkiyənin ünvanına əsassız ittihamlar səsləndirib:

“Türkiyə Ermənistana qarşı düşmənçilik siyasəti yürütməkdə davam edərək sərhədləri bağlı saxlamaqda, “erməni soyqırımı”na bəraət qazanmaqda və Azəebaycan hərbi yardım göstərməkdə davam edir. Türkiyə Ermənistanın milli təhlükəsizliyinə ciddi təhlükə törədir” -deyə Paşinyan çıxışında deyib.

Baş nazir Azərbaycan torpaqlarına qarşı təcavüzü də açıq dillə dəstəkləyib.

 

Paşinyanın bu mövqeyi haqqında Modern.az-a danışan deputat Tahir Rzayev diqqətə çatdırıb ki, baş nazir hər zamankı kimi BMT-nin nizamnaməsinin tələblərinə, ATƏT-in Minsk qrupunun fəaliyyətinin mahiyyətinə zidd çıxışlar edir. Ermənistan rəhbəri bununla danışıqlar prosesini əngəlləyir, təcavüzkar siyasətini davam etdirdiyini açıq etiraf edir:

 

“Nikol Paşinyan ABŞ-a səfəri zamanı erməni diasporu ilə görüşlərində bu mövqeni açıq şəkildə bəyan etdi. O, ölkəsindəki çıxılmaz vəziyyətdən, qarşıdurmadan, iqtisadi, siyasi böhrandan, hərc mərclikdən danışmaq, problemləri aradan qaldırmaq, xaricə insan axınının qarşısını almaq, gərginliyi azaltmaq barədə yollar axtarmaq əvəzinə, fikri milli ədavətə, Azərbaycanla düşmənçiliyə, münaqişəni qızışdırmağa yönəldir. Nikol Paşinyan bununla ermənis diasporundan vəsait əldə etmək, “milli qəhrəman” imici formalaşdırmaq, hakimiyyətini möhkəmləndirmək niyyətindədir. Ancaq mövcud reallıq, Ermənistanın ağır durumu, Paşinyanın ağılsız bəyanatları onun əleyhinə işləyir. Erməni baş nazir bilməlidir ki, Azərbaycanla, digər qonşu dövlətlərlə münasibətləri qaydasına qoymadan, işğalçılıq siyasətindən əl çəkmədən Ermənistan böhran vəziyyətindən heç zaman xilas ola bilməyəcək”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi