Modern.az

Ermənistanın İsraildə səfirlik açmaq planları diasporu QƏZƏBLƏNDİRİB

Ermənistanın İsraildə səfirlik açmaq planları diasporu QƏZƏBLƏNDİRİB

Dünya

27 Sentyabr 2019, 12:50

Ermənistan İsraildə səfirlik açacağı ilə bağlı planlarını elan etmişdi. Modern.az Ermənistanın “Jamanak” ( Zaman) qəzetinə istinadən xəbər verir ki, bu planlar Yaxın Şərqdə, xüsusən, Livan, Suriya və İranda ciddi narazılıq yaradıb.

 

Yüzminlərə diaspor ermənisi İsraillə gərgin münasibətlərdə olan ölkələrinin yerli erməni icmasına münasibətinin dəyişməsindən qorxur.

“Yerli erməni təşkilatları təcili toplaşaraq Paşinyan hakimiyyətinin İsraildə səfirlik açmaq planlarını müzakirəyə çıxarıb. Onlar hakimiyyət orqanlarının təzyiqlərindən qorxurlar”-deyə “Jamanak” yazır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi