Modern.az

Özbəkistanda keçmiş nazirə 18 il iş kəsildi

Özbəkistanda keçmiş nazirə 18 il iş kəsildi

Dünya

27 Sentyabr 2019, 16:23

Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş sədri İxtiyar Abdullayev və daha 22 nəfərə hökm oxunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Özbəkistan Hərbi Məhkəməsi mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirli bilinən İxtiyar Abdullayevi 18 il müddətinə azadlıqdan məhrum edib.

 

O, rüşvət almaqda, ölkə maraqlarına zidd müqavilələr imzalamaqda,  özgə əmlkaını talamaqda və s.  təqsirli bilinib. Onunla yanaşı, müavini Cahangir İqamova 16 il, keçmiş məsləhətçi Əlişir İşanxocayev 17, Daşkəndin eks prokuror müavini Erkin Abdullayev 14 və s. cəzalar alıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir