Modern.az

Roma papasını ibadət zamanı yerə yıxıblar

Roma papasını ibadət zamanı yerə yıxıblar

25 Dekabr 2009, 10:14

Dekabrın 25-də xristian dünyasının əksər hissəsində qeyd olunan Milad bayramı ərəfəsində, Roma Papası Benedikt ənənəvi gecəyarısı ibadəti zamanı yerə yıxılıb.

Modern.az-ın BBC-yə istinadən verdiyi məlimata görə, mərasim Romadakı Müqəddəs Piter məbədində keçirilib. Papa ibadətə başlamaq üçün aralıqla gedərkən, bir qadın təhlükəsizlik səddini aşaraq ona doğru qaçıb və papanı yerə yıxıb.

Hadisə zamanı bir fransalı kardinalın ayağı sınıb. Şahidlər papanın hadisədən sarsıldığını bildirirlər. O, dua edərkən bir neçə dəfə çaşıb. Bu, son illərdə Vatikanda təhlükəsizlik rejiminin ən ciddi pozulmasıdır.

Bu arada dünyanın hər yerindən gəlmiş zəvvarlar Fələstinin Betlehem şəhərində gecəyarı ibadət mərasimində iştirak ediblər.

Bibliyaya əsasən, İsa Məsih məhz bu şəhərdə anadan olub. Müxbirlər deyirlər ki, şəhərdə təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşıb.

Lakin bir katolik kilsə xadimi deyib ki, insanların yeganə arzusu olan sülhün yaxınlaşdığına dair heç bir əlamət yoxdur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır