Modern.az

“20 Yanvar”da böyük sıxlıq - Sərnişinlər gedişhaqqı yükləyə bilmir

“20 Yanvar”da böyük sıxlıq - Sərnişinlər gedişhaqqı yükləyə bilmir

Aktual

30 Sentyabr 2019, 11:12

Bu gün səhər saatlarından etibarən metronun “20 Yanvar” stansiyasının girişində quraşdırılan “Bakıkart” aparatlarında əməliyyat aparmaq mümkün olmayıb.

Modern.az-ın stansiyada olan əməkdaşınnı verdiyi məlumata görə, sərnişinlərin metro kartlarının balansını artırmaq üçün cəhdləri uğursuz olub. Nəticədə metronun girişində böyük sıxlıq yaranıb. Vətəndaşlar etiraz edib, narazılıq bildirsələr də, bu dəqiqəyədək problem həll olunmayıb.


Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib:


“Məsələ burasındadır ki, biz qatarların hərəkətinə nəzarət etmək səlahiyyətindəyik. “Bakıkart” aparatlarının çalışmamasının səbəbləri bizə də məlum deyil. Stansiyada böyük sıxlıq yaranıb, amma əməkdaşlarımız sıxlığı nizamlamağa çalışırlar”.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a hazırda problemin səbəblərinin araşdırıldığını və ictimaiyyətə məlumat evriləcəyini bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?