Modern.az

Üsəma bin Ladenin qızı Tehrandadır

Üsəma bin Ladenin qızı Tehrandadır

25 Dekabr 2009, 11:10

Beynəlxalq terrorçu Üsəma bin Ladenin qızı Tehrandadır. Modern.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Bin Ladenin  17 yaşlı qızı Eman bin Laden Səudiyyə Ərəbistanından sığınacaq istəyib. Bu barədə İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir. İran XİN-in bəyanatına görə,  “Əl-Kayda” liderinin qızlarından biri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyindədir. O da qeyd olunur ki, Bin Ladenin qızı İranı tərk etmək üçün icazə istəyir. O, bu xahişlə Səudiyyə Ərəbistanın İrandakı səfirliyinə müraciət edib. Beləliklə, Üsamə bin Ladenin qızının Səudiyyə Ərəbistanının İrandakı səfirliyində olması barədə bir müddət əvvəl yayılmış xəbərlər özünü təsdiqləyib.

 

 “Əl-Kayda” liderinin qızının Tehranda olmasına dair ilk xəbəri Londonda nəşr olunan “Times” yayıb. Qəzet bu məlumatı Ladenlər ailəsinin yaxın qohumlarına istinadən yayıb. “Times”-in məlumatını şərh edən İranın xarici işlər naziri Mənuçöhr Mottəki isə xəbəri təsdiqləyərək qeyd edib ki,  Ladenin qızının Tehranda olmasına dair Səudiyyə Ərəbistanı  səfrilyindən məlumatlandırılıblar. Bununla belə, o Ladenin qızının İrana hansı yollarla daxil olmasının ona məlum olmadığını bildirib. “Onun şəxsiyyəti barədə də dəqiq bilgimiz yoxdur. Bu barədə dəqiq məlumat əldə olunduqdan sonra ölkədən çıxarıla bilər” deyən XİN başçısı Bin Ladenin başqa qohumlarının İranda olub-olmadığı barədə bilgi verməyib.

 

“Times”-in açıqlamasına görə, Bin Ladenin bir arvadı,  6 uşağı  və 11 nəvəsi 8 ildir ki, İranda yaşayır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı