Arxiv
30 Sentyabr 2019, 15:29 | ƏDƏBİYYAT
Mirzə Cəlil nəslinin davamçılarının sorağında

Abid Tahirli

 Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna xidmətlər göstərmiş, səmərəli, çoxşaxəli  elmi axtarışları, fəal, fədakar ictimai fəaliyyəti  ilə humanitar və ictimai elmin inkişafına sanballı töhfələr vermiş görkəmli akademik İsa Həbibbəyli ilə tanışlığımızın tarixi, münasibətlərimizin təmənnasız,  təmiz təməli bu sanballı, sadə və səmimi insan haqqında gen-bol bəhs etməyə ciddi əsasdır və ümid edirəm ki, bu mövzuya qayıdacağıq. İndi isə böyük alimin bir elmi axtarışının qısa təsviri ilə kifayətlənəcəyəm. Bu axtarışların arxasından Vətən, millət aşiqi Mirzə Cəlil Məmmədquluzadə sevdalısı inadkar və istedadlı tədqiqatçının  bənzərsiz portreti boylanır, onun hiss, həyəcanları, nigarançılığı, narahatçılığı,  istədiyini tapmadığı zaman məyusluğu, kiçik tapıntısı  zamanı məsudluğu duyulur, ürək çırpıntıları eşidilir.

   
... Düz 30 il bundan əvvəlin- 1989-cu ilin- növbəti dəfə "dünyaların titrədiyi, aləmlərin mayallaq aşdığı, fələklərin bir- birinə qarışdığı, millətlərin yuxudan oyanıb gözlərini açdığı" dövrün   söhbətidir. Tarixin belə təlatümlü dövründə,  Vətənin bütövlüyünün, milli ruhun, milli dəyərlərin təhlükədə olduğu məqamlarda özünüdərkin  və milli ideyaların təbliğinə daha çox ehtiyac duyulduğu vaxtlarda  ölkədə gedən ictimai- siyasi, mədəni və elmi-ədəbi proseslərə əsl ziyalı və vətəndaş mövqeyindən yanaşmaq, bu proseslərdə fəal iştirak etmək  mənəvi zənginlik və böyük hünər tələb edirdi.  Məhz belə məsul və təlatümlü zamanda "vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur"- deyən böyük Cəlil Məmmədquluzadənin həyatını, fəaliyyətini, onun bənzərsiz kəlamlarını, vətəndaş harayını, tarixi əhəmiyyətini, çağdaş  və gələcək dövrlər üçün də aktuallığını  itirməyən dəyərli irsini yeni dövrün tələbləri baxımından  xatırlatmağı, yada salmağı, bu istiqamətdə araşdırmaları, onun coğrafiyasını, ideya arealını daha dərindən tədqiq etməyi qarşısına məqsəd qoyan İsa Həbibbəyli dövrün ən nüfuzlu orqanı- dünya Azərbaycanlılarının milli tərcümanına çevrilmiş  "Odlar yurdu" qəzetinə bir-birinin ardınca məqalələr göndərməyə başladı.

 

İstedadlı tədqiqatçı İsa Həbibbəyli qəzetin mart 1989-cu il tarixli 5-ci nömrəsində dərc etdirdiyi "Ənvəri kim tanıyır" adlı məqaləsində böyük ədib Cəlil Məmmədquluzadənin mənalı ömür yolunun, çoxcəhətli yaradıcılığının öyrənilməsi və təbliği sahəsində diqqətəlayiq işlər görüldüyünü, əsərlərinin dəfələrlə çap olunduğunu, haqqında monoqrafiyalar yazıldığını, film çəkildiyini, heykəlinin ucaldıldığını, xatirəsinin əbədiləşdirildiyini vurğulayır, eyni zamanda hələ  görüləsi işlərin də çox olduğunu qeyd edir. O, göstərir ki, ədibin həyat və yaradıcılığının hərtərəfli, daha dərindən, günün tələbləri səviyyəsində araşdırılmasında elm, ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, yazıçının ailə üzvlərindən, nəslindən  olan adamların böyük köməyi də dəyə bilər. Tədqiqatçı  hələlik Cəlil Məmmədquluzadənin hansısa xarici ölkədə yaşayan kiçik oğlu Ənvər Məmmədquluzadənin sağ olduğunu güman etdiyini göstərir, onun barəsində arxivlərdən əldə etdiyi bəzi bilgiləri oxucularla bölüşdükdən sonra yazır: "Bütün bunlar nə dərəcədə doğrudur?- deyə bilmərik. Bunu ancaq Ənvər Məmmədquluzadənin özü (əgər sağdırsa), yaxud , hansısa  ölkədə yaşayan  övladları cavab verə bilər. Hər halda xaricdə onu tanıyanlar olmamış deyillər. Ənvər Məmmədquluzadə, yaxud onun ustad Mirzə Cəlilin nəvələri olan övladları və ya onları tanıyanlar sorğumuza cavab verməklə çox xeyirxah iş görmüş olarlar". Alimin fəhmi, hissi, gümanı, ehtimalı onu aldatmır. Üstündən heç bir ay keçmir ki, parlaq zəka, erudisiya sahibi İsa Həbibbəylinin arzusu çin olur. Ənvər Məmmədquluzadə ilə bağlı "Odlar yurdu" qəzetinə məktəb yoldaşlarından, onu tanıyanlardan məktublar daxil olur.

       

Qəzet həmin məktublardan birini- Ənvərin ögey qardaşı Müzəffərin qızı, Həmidə xanım Məmmədquluzadənin nəvəsi Mina Davatdarovanın "Ənvərin qürbətdəki həyatı" adlı  yazını dərc edir ("Odlar yurdu" qəzeti, №7, aprel 1989). Yazıda o vaxta kimi  ədəbi, elmi ictimaiyyətinə məlum olmayan və nəinki yalnız Ənvər Məmmədquluzadəyə, bütövlükdə  Mirzə Cəlilin ailə şəcərəsinə aydınlıq gətirən çox sayda faktlar sadalanır, onun nəslindən olanlar, sağ qalanlar, İranda, İspaniyada, Fransada, Polşada... yaşayanlar haqqında maraqlı məlumatlar verilmişdir. Bu yazı onsuz da Mirzə Cəlil irsinə sevdalı, əqidəsinə aşiq  İsa Həbibbəyliyə yeni ruh, həvəs verir. O, böyük coşqu ilə bu istiqamətdə tədqiqatlarını, axtarışlarını davam etdirir.  Bir müddət sonra "Odlar yurdu" qəzetində onun olduqca təsirli, düşündürən "Burdan Təbriz görünür" adlı elmi-publisistik yazısı dərc olunur ("Odlar yurdu" qəzeti, №12, iyun 1990).  Müəllif məqalədə qədim mədəniyyət mərkəzlərindən olan, füsunkar təbiəti, vətənpərvər, səxavətli , səmimi,  qonaqsevər  insanları ilə şöhrət tapan Mərəndə səfərindən, Cənubi Azərbaycanda ədəbi-mədəni mühitdən geniş bəhs edir. Lakin müəyyən səbəblərdən Təbrizə gedə bilmədiklərini qeyd edir. Müəllifin həyəcanı anlaşılandır: "Qısamüddətli  Cənub səfərimdə böyük ədibimiz Cəlil Məmmədquluzadənin hazırda İranda yaşayan nəvələri ilə müəyyən əlaqələr yaratmaq niyyətində idim. Bu işə bir il əvvəl "Odlar yurdu" qəzetində dərc etdirdiyim "Ənvəri kim tanıyır" adlı məqalə ilə başlamış, sonra "Səhər" və "Şərq qapısı" qəzetlərindəki məqalələrlə axtarışları dərinləşdirmişdim. Təəssüf ki, Mərənddən o yana gedə bilməməyimiz bu işə mane oldu. "Böyük ədibin oğlu və nəvələri" adlı məqaləmi və Ənvər Məmmədquluzadənin ailə üzvlərinin şəkillərini "Varlıq" dərgisinə göndərmək də müşkülə düşdü". Bununla belə, İsa Həbibbəyli Cənubdan unudulmaz xatirələrlə qayıdır. Zəngin müşahidə qabiliyyətinə malik olan müəllifin qənaətlərinə görə, mərəndlilər Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə yaxından  maraqlanır, elmi- ədəbi söhbətlərə həvəslə qoşulur, Səməd Vurğun, Mirzə İbrahimov, Əliağa Vahid, Süleyman Rüstəm,  Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi sənətkarları tanıyır, Məmməd Səid Ordubadinin, Mirzə Ələkbər Sabirin əsərlərinə bələd olduqlarını bildirirdilər.

      

Cəlil Məmmədquluzadənin övladı, yaxud nəvələri ilə   görüşmək cəhdi birinci səfərində baş tutmasa da,  bu, İsa Həbibbəylini həvəsdən salmır. O,  axtarışlarını qətiyyətlə, inamla, inadkarlıqla, ümidlə  davam etdirir. İndi o, yalnız Ənvər Məmmədquluzadəni yox, Mirzə Cəlilin xarici ölkələrdə yaşayan bütün qohumlarını axtarmaq qərarına gəlir və "Odlar yurdu" qəzetində  "Haradasınız, Mirzə Cəlilin nəvə,  nəticələri" rubrikası ilə "Məmmədquluzadə nəsli mühacirətdə" adlı irihəcmli  məqalə dərc etdirir ("Odlar yurdu" qəzeti, №12, iyun 1990). Məqalədən məlum olur ki, İsa Həbibbəyli Cəlil Məmmədquluzadə sorağında olan axtarışlarının coğrafiyasını genişləndirmiş,  həmin münasibətlə "Odlar yurdu" və "Səhər"  qəzetlərindən başqa, Tehranda nəşr olunan  "Varlıq" jurnalında, Varşavada çıxan "Vanda" jurnalında məqalələr və fotolar dərc etdirmişdir.  Artıq imzası, məhsuldar və sanballı yazıları ilə  elmi-ədəbi ictimaiyyət arasında yaxşı tanınan İsa Həbibbəyli etibarlı mənbələrə, arxiv sənədlərinə,  mövcud tədqiqatlara istinad edərək  məqalədə Cəlil Məmmədquluzadənin, onun nəslinin tərcümeyi-halını təfərrüatı, təfsilatı ilə təqdim edir. Təkcə mühacirətdə məskunlaşanlar barədə məlumatlar kifayət qədər deyildi. Odur ki,  məqalənin sonunda İsa Həbibbəyli üzünü xaricdəki həmvətənlərə tutur, onlara səslənir: "Siz haradasınız, ulu Mirzə Cəlilin nəvə və nəticələri?!".

      

İsa Həbibbəylinin "Odlar yurdu"ndakı növbəti məqaləsi onun nikbin əhvalından, istəyinə, arzusuna çatacağına ümid etdiyindən xəbər verir. O, Mərəndə ilk səfərindən fərqli olaraq İranla tanışlığın coğrafiyasının genişləndirdiyini, oradakı ziyalılarla sıx təmas qurduğunu məmnunluq hissi ilə  yazır: "Artıq Təbriz və Urmiyyə, Mərənd və Xoy, Sofian və Qaraziyəddin,  Əlamdar, Culfa, Şüca, Bəhlulabad, Poldəşt az qala mənim üçün bu taydakı şəhərlər qədər məhrəm və aydındır" (İsa Həbibbəyli. Tanıyırsınızmı. "Odlar yurdu" qəzeti, №13, iyul 1991). Nikbin notlarla dolu bu yazıda müəllif  sanki oxucusuna müraciət edir: -Məni izlə, tezliklə sənə xoş xəbər çatdıracağam!

      

Sözünə sadiq İsa Həbibəyli bir müddət sonra  "Mirzə Cəlil ocağının istisi..."  məqaləsini yazır və "Odlar yudu" qəzetinin oxucuları ilə növbəti görüşə gəlir ("Odlar yurdu" qəzeti, №32, 20 noyabr 1992). "Düyünlər açılır" rubrikası ilə dərc olunan yazıdan aydın  olur ki, ötən müddət ərzində cəfakeş tədqiqatçı yorulmaq bilmədən, tükənməyən enerji və böyük həvəslə axtarışlarını davam etdirmiş və heyrətamiz nəticələrə nail olmuşdur. Müəllif yazır: "Əvvəlcə möhtərəm alimimiz Abbas Zamanovun imkanları və xarici əlaqələri vasitəsilə, sonra "Vətən" Cəmiyyətinin, onun orqanı olan "Odlar yurdu" qəzetinin xətti ilə 80-ci illərin əvvəllərindən etibarən başladığımız axtarışlar böyük yazıçının nəslinin taleyi barədəki qalın sükut buzunu parçaladı. Mirzə Cəlilin nəvə-nəticələri ilə görüşəcəyimizə ümid yarandı". Bu ümid, bu inam, bu inadkarlıq, bu istək, bu həvəs  alimə böyük uğurlar gətirir. İsa Həbibbəyli Mirzə Cəlil ocağının nəslinin nümayəndələrinin xaricdə yaşayan davamçılarını nəhayət  tapır, onlarla həmsöhbət olur, xatirə şəkili çəkdirir, Ənvər Məmmədquluzadənin Tehrandakı qəbrini ziyarət edir... İsa Həbibbəylinin 25 yanvar 1992-ci ildə Cəlil Məmmədquluzadənin nəvələri ilə Tehran şəhərindəki görüşü haqqında o zaman ən populyar qəzetlər olan "Səhər" və "Odlar yurdu" qəzetlərində geniş məlumatlar verilmiş, şəkillər çap olunmuşdu. "Səhər" qəzetində çap olunmuş "Mirzə Cəlilin nəvələri tapıldı" məqaləsi Azərbaycanda böyük əks-səda doğurmuşdur. Məqalədən aydın olur ki, İsa Həbibbəyli Tehran şəhərində böyük ədibimiz Cəlil Məmmədquluzadənin nəvələri, 1979-cu ildə İranda dünyasını dəyişmiş Ənvər Məmmədquluzadənin övladları Midhət Cavanşiri, Teymur Cavanşiri və İrena Cavanşiri ilə görüşmüş, şəkil çəkdirmiş, əlaqələr yaratmışdır.

Akademik İsa Həbibbəyli ilə söhbətlərimizdən öyrənmişəm ki, o zaman hələ İran İslam Respublikasına gediş-gəlişin çətin olduğu prosesin rəsmiləşmədiyi bir dövrdə Mirzə Cəlil Məmmədquluzadənin nəvə-nəticələri ilə görüşmək üçün zəruri olan bu səfərin təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin qayğısı ilə həyata keçirilmişdir.

      

Sonralar akademik İsa Həbibbəyli böyük yazıçımız Cəlil Məmmədquluzadənin Fransada yaşayan nəvəsi Mehri xanım Səqqətniya ilə də əlaqə yaradıb, onunla Parisdə görüşmüş, əlaqə yaratmışdır. Bütün bunların əsasında o, "Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi"ni yaratmışdır. Bu Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk yazıçı şəcərəsi kimi mühüm əhəmiyyət kəsb edir.

 

19.09.2019

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə son Dünya Çempionundan xal aldı - NƏTİCƏLƏR 15 Oktyabr 2019, 01:03 Baş qərargah rəisləri Suriyadakı əməliyyatı müzakirə etdi 15 Oktyabr 2019, 00:20 Onlar “Maşın”ın finalında 15 Oktyabr 2019, 00:04 Bu ölkə Türkiyəyə silah satışını dayandırdı 14 Oktyabr 2019, 23:43 İlham Əliyev Bakıya gələn dövlət başçıları ilə birgə şam edib - FOTOLAR 14 Oktyabr 2019, 23:22 Anasını qətlə yetirib yandıran oğul 19 il həbs cəzası aldı 14 Oktyabr 2019, 23:07 İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü - FOTOLAR 14 Oktyabr 2019, 22:49 Salyanda ağır qəza 14 Oktyabr 2019, 22:30 Cinayətkarlar 14 polisi öldürdü 14 Oktyabr 2019, 22:16 Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar 14 Oktyabr 2019, 22:00 Türkiyə 560 terrorçunu zərərsizləşdirdi 14 Oktyabr 2019, 21:45 “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq” - Mövlud Çavuşoğlu  14 Oktyabr 2019, 21:27 “Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev 14 Oktyabr 2019, 21:14 “Özbəkistan və Azərbaycan öz gələcəyini çoxəsrlik tarixi təməl üzərində qurur” - İlham Əliyev 14 Oktyabr 2019, 20:59 Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var 14 Oktyabr 2019, 20:44 Prezident krala qızılquş hədiyyə etdi 14 Oktyabr 2019, 20:28 İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB, FOTOLAR 14 Oktyabr 2019, 20:14 "Qəbələ" yeni məşqçi ilə razılaşdı 14 Oktyabr 2019, 20:03 Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb 14 Oktyabr 2019, 19:46 Karateçimiz dünya çempionatında qızıl medal qazanıb 14 Oktyabr 2019, 19:30 Polislər halı pisləşən sürücünün köməyinə çatdılar 14 Oktyabr 2019, 19:15 Xərçəng necə yaranır? - Nobel mükafatçısı 14 Oktyabr 2019, 19:04 Azərbaycan Prezidenti Macarıstanın Baş Naziri ilə görüşüb 14 Oktyabr 2019, 18:55 Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb 14 Oktyabr 2019, 18:44 İlham Əliyev qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO 14 Oktyabr 2019, 18:34 Xəzərdə itkin düşən balıqçının axtarışları davam edir 14 Oktyabr 2019, 18:25 Ombudsman 6 saylı cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarladı 14 Oktyabr 2019, 18:14 Azercell tələbələrə TƏQAÜD fürsəti 14 Oktyabr 2019, 18:05 Ərdoğan Bakıda DANIŞDI: “Biz bir millətin övladlarıyıq” 14 Oktyabr 2019, 18:02 Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib 14 Oktyabr 2019, 17:58 I Fəxri xiyabanda Məmməd Arazın xatirəsi anıldı - FOTOLAR 14 Oktyabr 2019, 17:57 Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır 14 Oktyabr 2019, 17:49 BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub 14 Oktyabr 2019, 17:44 53955 şagirdin məktəb dəyişməsinə icazə verilib 14 Oktyabr 2019, 17:38 Macarıstanın Baş naziri də Bakıya gəldi 14 Oktyabr 2019, 17:34