Modern.az

Azərbaycan mətbuatında sosial çarx QITLIĞI

Azərbaycan mətbuatında sosial çarx QITLIĞI…

Aktual

30 Sentyabr 2019, 16:40

Azərbaycanda hamı sosial xarakterli reklamların azlığından şikayət edir. Sosial reklam, qeyri-kommersiya xarakteri daşıyan, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsinə, milli dəyərlərimizin, tarixi kökümüzün, əsrlərə dayanan adət-ənənələrimizin qorunmasına, vətənpərvərlik, xoş rifah hisslərini gücləndirməyə xidmət edən, ekologiyanın qorunmasını, pis vərdişlərin sonda yarada biləcək nəticəsini və s. təbliğ edən informasiya növüdür.

 

Bəs bizdə sosial reklamlar niyə azlıq təşkil edir? Maarifləndirmə funksiyası daşıyan sosial reklamların çəkinminə niyə üstünlük verilmir?

 

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilib ki, mülkiyyət formasından aslı olmayaraq, hər bir reklam yayıcısı reklam qurğularının ümumi sahəsinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur.

 

“Nəzərinizə çatdırırıq ki, ADRA yalnız açıq məkanda yayımlanan reklamlara nəzarət edir və bu faizin reklam yayıcıları arasında bərabər paylanmasını tənzimləyir. Bu təkcə Bakıda deyil, digər bölgələrdə də həyata keçirilir. Misal olaraq bu yaxınlarda, yəni 21 sentyabr tarixində həyata keçirilən “Xəzəri qoruyaq” adlı aksiyanın, o cümlədən “10 milyonuncu vətəndaş” və “Əhalinin siyahıyaalınması” kimi sosial reklamların şəhərin bilbordlarındakı yayımını göstərmək olar”.

 

Mətbuat xidmətindən bildirilib ki, KİV-də yayımlanan reklamlara isə Reklam Agentliyi cavabdehlik daşımır.

 

“Ümumilikdə isə reklamların hazırlanması sahibkarla reklam yayıcıları arasında olan münasibətdir. Hər bir sahibkar məhsulunu necə reklam edəcəyinə özü qərar verir. Yəni bu birbaşa sifarişçinin istəyindən asılıdır. ADRA isə yalnız həmin reklamın qanunauyğunluğunu yoxlayır. Hər hansı bir pozuntu yoxdursa, onun açıq məkanda yayımına icazə verilir”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir