Arxiv
1 Oktyabr 2019, 08:09 | MƏDƏNİYYƏT
Tarixdə iz qoyanlar: Cəfər Cabbarlının sinif yoldaşı - Səhnəmizin Rüstəm bəyi

Şöhrət zirvəsinə ucalan sənətkar - Ağasadıq Gəraybəyli...

 

                     

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Ağasadıq Gəraybəyli... Bu ad indiki orta və yaşlı nəslin nümayəndələrinə yaxşı tanışdır. Çox da uzaq olmayan keçmişdə televiziya ekranlarından izlədiyimiz, oturub maraqlı söhbətlər edən köhnə Azərbaycan kişisinin, əsil-nəcabətli bəyin baməzə danışıqlarını, duzlu zarafatlarını yaxşı xatırlayırıq. Ekranlardan, səhnələrdən  izlədiyimiz, simasında köhnə insanın cizgiləri həkk olunmuş A.Gəraybəyli hər kəsin sevimli aktyoru idi. Onun bəy olması da bir həqiqətdir.


Ağasadıq Ağəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində anadan olub. Ağasadıq Gəraybəylinin sanballı kişi görünüşü və bir sıra iddialı hərəkətləri də onun əyilməz bəy nəslindən olmasına bir sübut idi. Ağasadığın danışıq tərzi, səsinin tonu, danışığındakı tələskənliyi isə onda azərbaycanlı koloritini daha da artırırdı.  Daha jestli hərəkətlərlə hər hansı halı, ovqatı göstərmək bacarığı aktyorda güclü idi.

                     
Bəy nəslindən olmasına baxmayaraq Ağasadığın aktyorluq sənətini seçməsi, çox maraqlı bir sənətin dalınca getməsi bəlkə də insanda təəccüb hissi yarada bilər. Amma, görünür, A.Gəraybəylidə olan güclü sənət yanğısı sonda onun aktyor olmağa qərar verməsiylə nəticələnib.


Milli teatrımızın inkişafı yolunda sənət fədailərindən olmuş, nəhəng obrazlar qalereyası yaratmış, tamaşaçı alqışı qazanmış, dövlət mükafatlarına, fəxri adlara layiq görülmüş Ağasadıq Gəraybəylini səhnədə, ekranda, həyatda çox görmüşük. Ağasadıq Gəraybəyli elə aktyorlardandır ki, onun ifa etdiyi hər bir rol teatr və kino tariximizə qızıl hərflərlə yazılıb. Sənətkar canlandırdığı hər bir obrazın amalını, məqsədini tamaşaçılara dolğunluğu və orijinallığı ilə çatdırmağa çalışıb və buna nail olub.          

Ağasadıq Gəraybəyli ötən günlərini tez-tez xatırlayar və deyərdi:

"1897-ci ildə, Novruz bayramıqabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Oonşumuzun məsləhətilə Şamaxı zəlzələsindən sonra hələ 5 yaşında ikən yaşlı adamların nəzarəti ilə Bakıya gəldim. Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Qapını nurani ahıl bir kişi açıb nə istədiyimi soruşdu. Kimsəsiz olduğumu biləndə sevinə-sevinə məni evə apardı. Həmin gündən ailənin qaygısı ilə yaşadım.  Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxudateatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə getdim”.

                     

Ağasadıq Gəraybəyli səhnəyə ilk dəfə 1911-12-ci illərdə Hüseyn Ərəblinskinin truppasında işləyən rejissor qardaşı Ağayarın köməyi ilə çıxıb, həm də qız rolunda. Amma tamaşa zamanı Ərəblinskinin səhnədə ağladığını görən aktyor buna dözmür, o da ağlayır və səhnədən qaçıb gedir. O özünün səhnəyə ilk addımını bu şəkildə yadda saxlayır və təbii ki, bundan sonra Ağasadıq teatra sıx tellərlə bağlanır.  Professional səhnəyə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsindən başlayır və 1932-ci ilə kimi bu teatrda çalışır.1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyət göstərir.

                     
Dahi Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı  kimi nəhəng şəxsiyyətlərin müasiri olması Ağasadıq Gəraybəylinin ən böyük xoşbəxtliyi idi. O, sənətə dahi Üzeyir bəyin xeyir-duası ilə gəlmişdi. İlk gənclik dostu, ölməz dramaturq Cəfər Cabbarlının pyeslərində yaratdığı zəngin obrazlar silsiləsi isə aktyorun əsl sənət sevinclərinəçevrilir. Ağasadıq Gəraybəyli Cəfər Cabbarlının bütün əsərlərinin iştirakçısı olmuş, hətta bəzi pyeslərində bir neçə rolda səhnəyə çıxmışdı. Aktyor özü bu barədə deyirdi:

“Həmyaş olduğumuz kimi səhnəyə də birgə gəldik. Mən bir aktyor, o isə dramaturq kimi. Cəfərin gəlişi teatrın repertuarına zənginlik gətirdi. Hər dəfə əsər gətirəndə teatrda bayram olurdu.  Bir neçəsini çıxmaq şərti ilə bütün pyeslərində çıxış etmişəm. Mənim bir aktyor kimi yetişməyimə Cəfər və onun əsərləri səbəb olmuşdur”.

                     
Milli teatrımızın klassiklərindən, fədailərindən biri olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətini xatırlayanda heyrətlənməmək mümkün deyil. 70 illik dövrü əhatə edən yaradıcılığı ərzində o, 200-dən çox rolda çıxış edib ki, onların hər biri özünün koloriti və məzmunu ilə fərqlənib. Cəlil Məmmədquluzadənin “Ölülər”, Qoqolun “Müfəttiş”, Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralarSəməd Vurğunun “Fərhad və Şirin”, "Vaqif",  "Xanlar", Mirzə İbrahimovun  "Həyat" və onlarca digər əsərlərdəyaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb.

                    
Qeyd etmək lazımdır ki, aktyor Akademik teatrda daha çox faciəli rollarda çıxış edirdi. Amma Ağasadıq Gəraybəylini gülüşsüz təsəvvür etmək mümkün deyil. O daha çox komik səhnə obrazlarının mahir yaradıcı kimi şöhrət qazanmışdı. Aktyor özünün komik istedadını bütün ifadə vasitələrindən istifadə etməklə o qədər bacarıqla büruzə verirdi ki, tamaşaçı bu yumora biganə qala bilmirdi. Bu da ondan irəli gəlirdi ki, aktyorun komediya cəbbəxanası çox zəngin ifadə vasitələri ilə dolu idi. Gəraybəyli obraz yaradıcılığında həm xarakterin daxili dünyasını aça bilirdi, həm də obrazı zahiri cəhətdən çox rəngarəng boyalarla rəsm edə bilirdi. Görkəmli yazıçı  Sabit Rəhmanın uzun müddət səhnədən düşməyən və böyük auditoriya toplayan“Xoşbəxtlər”,  “Əliqulu evlənir”, “Nişanlı qız” və s. əsərlərində yaratdığı komik obrazlar buna sübutdur. Həmin əsərlərdə Ağasadığa baş rollar etibar edilirdi, sadəcə ona görə ki, bu böyük aktyor müəllifin ideyasını tamaşaçılara məharətlə çatdırırdı. O illərdə tamaşaçılar bu səhnə əsərlərinə bilet almaq üçün hər gün uzun növbələrə durarmışlar...

                     
Onun istedadı kino rejissorlarının, bu sahədə çalışan mütəxəssislərin də diqqətini cəlb edir. Ağasadıq Gəraybəylini  ilk dəfə çəkiliş meydanına yaxın dostu Cəfər Cabbarlı dəvət edir, səssiz “Sevil” filmində ona Balaş rolu tapşırılır. İzzət Orucovanın Sevili, Ağasadıq Gəraybəylinin Balaş və Mustafa Mərdanovun Atakişi rolları o qədər güclü təəssürat oyadır ki, bu səssiz filmin səsləndirilməsinə heç bir ehtiyac duyulmur.

                     
Aktyorun sonralar çəkildiyi “Ulduzlar sönmür”,  “Leyli və Məcnun”, “Fətəli xan”, “Poçt qutusu”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Bizim küçənin oğlanları”  filmləri kino tariximizin qızın fonduna daxil  edilib. Onun ən yadda qalan rolları "Bəxtiyar" filmində oynadığı klub müdiri Ağabala və  "O olmasın, bu olsun" filmindəki Rüstəm bəy obrazlarıdır. “Bəxtiyar” musiqili filmində aktyor klub müdiri Ağabalanı - bu mənfi, daha çox komik obrazı elə məharətlə canlandırır ki, hətta həmin filmdə işlətdiyi əksər ifadələr tamaşaçıların dilində əzbərə çevrilr.

                     
Ağasadıq Gəraybəyli saysız-hesabsız  gözəl və uğurlu rollar ifa etməsinə baxmayaraq, sənətkarın ən böyük sevinci dahi Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılan  “O olmasın, bu olsun” musiqili komediyasındakı “Rüstəm bəy” rolu idi. İstedadlı aktyor rolu elə  inandırıcı yaratmışdı ki, görkəmli  teatr və kino xadimi Adil İsgəndərov qeyd etmişdi:

“Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı belə, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.

                     

Aktyorun səhnədə sonuncu rolu “Xurşudbanu Natəvan” əsərində qoca knyaz obrazı olub. Aktyorun qızı Zemfira xanım xatirələrində deyirdi:

 “Çox adam bilmirdi ki, o, sonuncu obrazı olan "Xurşudbanu Natəvan" pyesində səhnəyə çıxanda gözləri görmürdü. Rolunu elə oynamışdı ki, tamaşaçılar bunu hiss etməmişdi. Bu, əsl möcüzə idi. Onda atamın 92 yaşı vardı. Çətini teatra qədəm qoyana qədər idi. Sonradan öz intuisiyasının gücü ilə hər yeri tanıyır, harada pillələr olduğunu da bilirdi... Bu, atamın sənətə bağlılığı idi. O, əsl sənət fədaisi idi”.

                     
Aktyorluq onun alın yazısıydı. 92 il yaşayan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. 1940-cı ildə Respublikanın Xalq artisti fəxri adını alan qüdrətli sənətkar sonralar bir çox yüksək orden və medallarla təltif edilmişdi. O dövrdə bu mükafatlar böyük  xidmətləri olan sənətkarlara verilirdi.

        
Böyük sənətdə silinməz izlər qoyan qüdrətli aktyor 1988-ci ildə Bakı şəhərində vəfat edib.

       
Azərbaycan teatr və kino sənəti görkəmli aktyor Ağasadıq Gəraybəylinin şəxsində ən istedadlı, ən qabil aktyora malik idi. Gəraybəylinin zəhmətsevərlik və yaradıcılıq axtarışları ilə birləşmiş istedadı Azərbaycan səhnəsinin bəzəyi idi. Onun yaratdığı rollar əsl sənətkarlıq məhsulu idi. Ağasadıq Gəraybəyli səhnədə canlı sənət əsəri yaradırdı. Onu səhnədə görənlər bu gün də Ağasadıq Gəraybəylinin yüksək aktyorluq məharətini heyrətlə xatırlayırlar.


Xatirə QƏDİROVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin köməkçisindən Qorbaçovla bağlı ÇAĞIRIŞ 20 Yanvar 2020, 12:57 Sabah hava necə olacaq? 20 Yanvar 2020, 12:48 20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı… 20 Yanvar 2020, 12:39 Tanınmış jurnalist vəfat edib 20 Yanvar 2020, 12:09 Azərbaycanda 1 dəqiqəlik sükut 20 Yanvar 2020, 12:01 Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib-FOTO 20 Yanvar 2020, 11:53 Fəzail Ağamalı şəhid ailələri və kənd ağsaqqalları ilə görüşdü - FOTO 20 Yanvar 2020, 11:45 Jalə Əliyeva seçicilərlə görüşüb - FOTO 20 Yanvar 2020, 11:36 “Ağla, qərənfil, ağla” – şerin müəllifi, mərhum Məmməd Aslanın qızı danışdı 20 Yanvar 2020, 11:27 Şəhidlər xiyabanı  BU GÜN 20 Yanvar 2020, 11:18 Azərbaycanın əsas xarici ticarət tərəfdaşları 20 Yanvar 2020, 11:09 Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı... 20 Yanvar 2020, 11:00 Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib - FOTO 20 Yanvar 2020, 10:55 Əhəd Abıyev 20 Yanvar faciəsi ilə bağlı görüb bildiklərini danışdı - VİDEO 20 Yanvar 2020, 10:50 “İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov 20 Yanvar 2020, 10:43 Siyavuş Novruzov: “Biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk” 20 Yanvar 2020, 10:35 Bərdə seçiciləri Zahid Orucu belə qucaqladılar - FOTOLAR   20 Yanvar 2020, 10:30 Məcburi köçkünlərin yaşadığı binada YANĞIN 20 Yanvar 2020, 10:23 Bakı metrosunda 1 dəqiqəlik sükut olacaq 20 Yanvar 2020, 10:16 Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN   20 Yanvar 2020, 10:08 İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - VİDEO 20 Yanvar 2020, 10:00 Rəşad Camalov seçicilərlə ilk görüşünü keçirib - FOTO 20 Yanvar 2020, 09:54 Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”   20 Yanvar 2020, 09:47 Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO 20 Yanvar 2020, 09:38 20 Yanvardan sonra qaboy yas müsiqi alətinə çevrildi – Kamil Cəlilov: “Şəhidlərin ah-naləsinə qaboyum ağlayırdı” 20 Yanvar 2020, 09:29 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 20 Yanvar 2020, 09:20 Bakıda QƏZA: Xəsarət alan var 20 Yanvar 2020, 09:10 Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb 20 Yanvar 2020, 09:02 Ağcabədidə təhlükəli tapıntı - FOTO 20 Yanvar 2020, 08:53 ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub 20 Yanvar 2020, 08:40 “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07
SORĞU Yeni parlamentdə kimlər olsun?