Modern.az

Zakir Qaralovdan istefa verən deputatla bağlı AÇIQLAMA: “... prokurorluğa göndəriləcək”

Zakir Qaralovdan istefa verən deputatla bağlı AÇIQLAMA: “... prokurorluğa göndəriləcək”

1 Oktyabr 2019, 10:49

“Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onun kimlərəsə borclu olması məsələsi müzakirə olunacaq”.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov bildirib.

R.Cəbrayılovun aldığı borcla bağlı vətəndaşların məhkəmələrə müraciət etdiklərini deyən Baş Prokurorun sözlərinə görə, iddia ərizəsinə mülki qaydada baxılır.

“Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq", - deyə Z.Qaralov bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir