Modern.az

İnternet şəbəkəsindəki saytların sayı 233,8 milyonu keçib

İnternet şəbəkəsindəki saytların sayı 233,8 milyonu keçib

25 Dekabr 2009, 11:26

"Netcraft" tədqiqat şirkəti internet şəbəkəsində olan sayt və bloqların sayına dair statistik məlumatlar təqdim edib. Belə ki, 1 dekabr 2009-cu il tarixinə olan vəziyyətə görə internetdə 233 848 493 sayt qeydə alınıb ki, bu, ötən ayın göstəricilərindən 212 000 sayt çoxdur. Şəbəkədə saytların orta aylıq artımı bir qayda olaraq 1 milyondan 2 milyonadəkdir.
"Netcraft" nümayəndələri budəfəki artım tempinin belə az olmasına dair olduqca sadə səbəb gətirilər. Onların fikrincə, Yeni İl və Milad bayramları qabağı istifadəçilər və şirkətlər internetdə yeni layihələrə vəsait ayırmaqdan, işlərini artıq mövcud resurslar üzərində qurmağa daha çox üstünlük verirlər.
Cəmi cari il ərzində internetdə yeni saytların sayı 47 milyon təşkil edib, bunlardan 7 milyonu fəal qaydada yenilənir və həmin resursların daxilolma göstəriciləri müntəzəm olaraq yenilənir. "Netcraft"-in məlumatlarına əsasən qeydiyyatda olan domenlərin sayı bütün zonalar üzrə təxminən 235 milyon ad təşkil edir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!