Modern.az

Rəsmi qəzetlərdəki məqalələri nazirlər özləri yazır, yoxsa yazdırır?..

Rəsmi qəzetlərdəki məqalələri nazirlər özləri yazır, yoxsa yazdırır?..

1 Oktyabr 2019, 12:06

Bəzi hallarda rəsmi mətbuatda müxtəlif dövlət işçilərinin - nazirlərin, nazir müavinlərinin, ya da deputatların geniş məqalələri, yazıları dərc olunur. Müxtəlif mövzuları əhatə edən bu yazılar da öz növbəsində bəzi insanlarda şübhə yaradır. Bəziləri  həmin məqalələrin qeyd  edilən müəllif tərəfindən yox, sifarişlə, ikinci bir şəxsin yardımı ilə ərsəyə gəldiyini düşünür. Bu kimi düşüncələrin səbəbi isə müxtəlifdir.


Maraqlıdır, doğurdan da bizə təqdim edilən nazir və ya deputat yazıları başqa şəxslər tərəfindən qələmə alınır? Ümumiyyətlə, bu kimi düşüncələrə səbəb nədir, həmin şəxslər özləri məqalə yaza bilməzmi?


Mövzu ilə bağlı Modern.az-a danışan media üzrə ekspert Ələsgər Məmmədli deyir ki, vəzifənin səlahiyyətindən aslı olmayaraq görülən işlər yaradıcılığa mane olmamalıdır.


“İnsanların belə düşünməsində məntiqi səbəblər də var. Belə ki, hər hansı nazir və ya deputata səlahiyyət dairəsindən dolayı tapşırılan ağır iş yükünə görə insanlar belə düşünür ki, onların əlavə vaxtı olmur. Şəxs nazir də, deputat da olsa, onun da insan kimi özünə ayırdığı bir vaxt var. Eyni zamanda, həmin asudə vaxtı kitab oxumağa, məqalə yazmağa, musiqi dinləməyə ayırmaq olar. Ölkədə insanların iş qrafiki 40 saat müəyyən olunub, lakin bir həftədə 168 saat var. Dolayısı ilə insan yatmağa ayırdığı vaxtdan da qənaət edib, yaradıcılıq işlərinə ayıra bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi