Modern.az

Diaspor Komitəsinin Nyu-York tədbirinə REAKSİYA: “Türk xalqları üçün çox əhəmiyyətlidir”

Diaspor Komitəsinin Nyu-York tədbirinə REAKSİYA: “Türk xalqları üçün çox əhəmiyyətlidir”

Aktual

1 Oktyabr 2019, 12:10

ABŞ-ın Nyu-York şəhərində Türkdilli diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilib. Proqram Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib.

 

Proqram çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor qurumlarının təqdimatı olub.

 

ABŞ-ın Çikaqo şəhərində yayımlanan “Güney Azərbaycan” televiziyasının rəhbəri Əhməd Obalı tədbir haqqında fikirlərini Modern.az-la bölüşüb.

 

“Mən Nyu-Yorkda olan toplantıda iştirak elədim. Orada danışılan mövzulardan ən önəmlisi türk dövlətləri arasında ortaq anlaşılan dilin tapılmasına yönələn fikirlər idi və bunu çox bəyəndim. Həm də bu tədbirdə müxtəlif ölkələrdən iştirak edən nümayəndələrin fikir mübadilələri çox maraqlı idi. Ümumiyyətlə, keçirilən tədbiri çox yüksək qiymətləndirirəm”, - deyə Ə.Obalı bildirib.

 

Azərbaycan Respublikası Prezidentinin katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov isə bildirib ki, o, türk dilli xalqların və dövlətlərin əməkdaşlığına, inteqrasiyasına böyük əhəmiyyət verir:

 


“Ümumiyyətlə Azərbaycan türklərinin gələcəyi, xalqımızın təhlükəsizliyinin təmin edilməsi, inkişafı ilə bağlı düşünəndə nəzərə almaq lazımdır ki, bu bölgədə 50 milyona yaxın Qafqaz türkləri yaşayır. Bizim qonşuluğumuzda 80 milyona yaxın Anadolu türkləri, Xəzərin o tayında Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi böyük türk xalqları yaşayır. Türk dövlətləri, türklərin ərazisi Çinə qədər gedib çıxır”.

 

Eldar Namazov qeyd edib ki, bu, Avrasiya məkanında ən böyük etnoslardan biridir.

“Ona görə də bu tədbir olduqca əhəmiyyətlidir. Türk xalqları arasında bütün sahələrdə (hərbdən tutmuş, iqtisadiyyata qədər) inteqrasiya, əməkdaşlıq olacaq. Hələ bu proses təzə başlayır. Yalnız SSRİ dağılandan və dünya xəritəsində yeni türk dövlətləri yaranandan sonra belə bir prosesə start verilməsinə imkan yaradıldı. Biz bu imkanlardan geniş istifadə etməliyik. Çünki dünya geopolitikasının mərkəzi Avrasiya məkanı sayılır. Avrasiya məkanında da ən böyük etnik detaldan biri türklərdi və bizim aramızda inteqrasiya prosesləri aparılsa, birliyə nail ola bilsək, həm xalqların təhlükəsizliyini təmin edə bilərik, həm də dövlətlərin inkişfına nail ola bilərik”, - deyə politoloq bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir