Modern.az

Azərbaycanlı model norveçli milyarderə “hə” dedi

Azərbaycanlı model norveçli milyarderə “hə” dedi

Aktual

1 Oktyabr 2019, 14:26

Azərbaycanlı aktrisa, aparıcı və model Günay Rüstəmli norveçli milyarderə “hə” deyib.

 

Modern.az xəbər verir ki, bu barədə G. Rüstəmli özünün “Instagram” səhifəsində paylaşım edib. Nişan üzüklərinin şəklini izləyiciləri ilə paylaşan model Norveç vətəndaşından aldığı evlilik təklifinə müsbət cavab verdiyini vurğulayıb.

Qeyd edək ki, Günay Rüstəmli "Miss qış-2018", "Miss şarm-2019" titullarına sahibdir. Hazırda o, "Qadınlar nə istəyirlər?" televiziya verilişinin aparıcısıdır.

 

O, nişanlısı ilə Bakıdakı tədbirlərin birində tanış olub. Kişi ona ilk baxışdan vurulub, bir neçə dəfə evlilik təklifi etsə də, model hər dəfəsində etiraz edib. Ancaq nəhayətdə toya razılıq verib və onunla nişanlanıb.

Toyun tarixi hələlik bəlli deyil. Cütlük indi Norveçdədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir