Modern.az

Milli Məclisin deputatı İran prezidentinə görə kədərləndi

Milli Məclisin deputatı İran prezidentinə görə kədərləndi

1 Oktyabr 2019, 18:25

 

Bu gün İrəvanda səfərdə olan İran lideri Həsən Ruhani və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. İkitərəfli münasibətlərin inkişaf etdirilməsinin müzakirəsi zamanı Həsən Ruhani ölkəsinin İrəvana qaz tədarükünü artırmağa hazır olduğunu söyləyib. Bunun qarşılığında İran elektrik enerjisi almağı düşünür.

 

İran prezidentinin Ermənistanla dostluq mövqeyi haqqında Modern.az-a danışan deputat Tahir Rzayev düşünür ki, Həsən Ruhaninin ölkəsinin İrəvana qaz tədarükünü artırmağa hazır olması barədə fikirləri təcavüzkar dövləti dəstəklədiyini göstərir:

“İran prezidenti Azərbaycan torpaqlarının məhz Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox azərbaycanlının öz ata-baba yurdlarından çıxarıldığını, tarixi abidələrimizin, müqəddəs ziyarətgahlarımızın ermənilər tərəfindən dağıdıldığını yaxşı bilir.

 

Türkiyə və Gürcüstana torpaq iddialarında olan, uzun illər Azərbaycanla müharibə şəraitində yaşayan təcavüzkar ölkəyə yardım etmək, mehriban qonşuluq əlaqələri ilə bir araya sığmır. Bu İran prezidentinin Azərbaycanın ərazi bütövlüyünü tanımaq və hörmət etmək fikirlərinə uyğunsuzdur. Biz Həsən Ruhanidən beynəlxalq hüquq normalarına əsaslanaraq, Ermənistandan Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün təşəbbüs göstərməsini, qəti mövqe tutumasını gözlədiyimiz halda onun işğalçı dövlətə kömək əli uzatması hər bir azərbaycanlını kədərləndirir”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir