Modern.az

Putin ABŞ-a sərt mesaj verdi

Putin ABŞ-a sərt mesaj verdi

20 Fevral 2012, 18:49

Baş nazir Ermənistana dəstək verdi: “Müttəfiqilərimizlə bir yerdəyik”

“Biz öz müttəfiqilərimizlə birgə çevik operativ qruplar da daxil olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının imkanlarını möhkəmləndirməliyik. KTMT Avrasiya məkanında özünün sabitlik təminatını ilə bağlı missiyasını yerinə yetirməyə hazırdır”.  Bu sözləri Rusiyanın baş naziri, prezidentliyə namizəd Vladimir Putin “Rossiyiskaya Qazeta”da dərc olunmuş yazısında qeyd edib. Modern.az qəzetə istinadən bidirir ki, baş nazir Rusiyanın hazırki ordu quruculuğu barədə yazıb.

“Gözümüzün önündə yeni yeni regional və lokal müharibələr baş qaldırır. “İdarə edilən xaos” nəzəriyyəsi əsasında, süni şəkildə qızışdırlan yeni qeyri-sabit zonalar formalaşdırılır. Belə münaqişə ocaqlarının Rusiyanın və onun müttəfiqlərinin sərhədləri yaxınlığında yaradılması üçün məqsədəyönlü cəhdlər edilir. Biz beynəlxaq huquqn baza prinsiplərinin necə dağıldılmasının şahidi oluruq”-deyə Putin məqaləsində qeyd edib.     

Baş nazir yazır ki, Rusiya belə şərtlər daxilində münaqişələrin həllini və qarşıdurmanın təkcə diplomatik və iqtisadi metodlarla qarşısını almağa ümid edə bilməz.
“Ölkəmizin qarşısında hərbi potensialın artırılması tapşırığı durur.  Silahlı Qüvvələr, xüsusi xidmətlər və digər qurumlar yeni çağırışlara sürətli və effektli reaksiya verməyə hazır olmalıdırlar”.

Putin məqalədə bildirir ki, orduda müqavilə əsasında qulluq edənlərdən hazırlanmış daimi hərbi hissələr yaradılıb. “Məhz bu qruplar 2008-ci ilin avqusutunda Gürcüstanı sülhə məcburetmə əməliiyatını keçirdilər”-deyə Putin yazıb.

“Rus ordusu bir sutkaya döyüş əməliyytalarının başlandığı hərbi teatra öz əsgrlərini çatdırma qüdrətinə malikdir”-deyə baş nazir vurğulayıb.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...