Modern.az

Azərbaycan idmanın inkişafına mane olan SƏBƏBLƏR

Azərbaycan idmanın inkişafına mane olan SƏBƏBLƏR

Aktual

2 Oktyabr 2019, 15:45

Bir ölkəni beynəlxalq aləmdə, dünya ictimaiyyətinə tanıdan siyasi-iqtisadi nüfuzu, hərbi qüdrəti ilə yanaşı, onun mədəniyyəti, incəsənəti, eləcə də idmanda qazandığı uğurlarıdır. Məhz bu sahələr vasitəsi ilə ölkələr və xalqlar bir-biriləri yaxınlaşır, dostluq münasibətləri və mehriban tərəfdaşlıq əlaqələri qurur, əməkdaşlıq layihələrini reallaşdırırlar.

 

Regionun lider dövləti olan Azərbaycanın bu qədər tanınması və tez bir zamanda qəbul olunmasında ölkənin digər sahələri qədər idmanın da özünəməxsus yeri və payı var.

Maraqlıdır, bəs bizim dünya miqyasında uğur qazandığımız idman növləri hansıdır? Eyni zamanda, bu sahədə hansı qüsurlar var ?

 

Mövzu ilə bağlı Modern.az-a danışan "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov bildirir ki, Azərbaycanın ənənəvi idman növləri içərisində  ən birincisi güləşdir.  

“Bu sahədə hələ ötən əsrin ortalarında dünya çapında uğurlar qazanılıb. Tarixə nəzər yetirdikdə digər idman növlərində, boks, cüdo, samboda uğurlarımız çox olub. Hazırda karate, kikboksinq və digər təkbətək idman növlərini xüsusi qeyd etmək olar.Şahmatın isə son 50 ildə Azərbaycanda möhtəşəm ənənələri var və bu gün də davam edir. Şahmatçılarımız dünya liderləri sırasındadırlar. Komanda növlərində ənənəvi axsamalar olsa da, zaman-zaman nailiyyətlər qazanılıb. Bu, SSRİ dönəmində əsasən futbol, ot üstü hokkey, qadınlar arasında voleybol, həndbola aiddir. Voleybolçu qızlar bunu müstəqillik illərində də davam etdirə bilirlər”.

 

İdman eksperti sözlərinə görə, kütləvi olaraq əcnəbi, legioner "sevgisi", ancaq nəticə arxasınca qaçmaq idmana böyük zərbə vurub.

“Son 20 ildə Azərbaycan idmanına qayğı üst səviyyədədir, dövlət, sponsor, şirkətlər tərəfindən müstəsna dəstək verilir. Ölkədə müxtəlif idman növləri üzrə Avropa, dünya çempionatları yüksək səviyyədə təşkil edilir. Bunun qarşılığı isə tam olaraq ödənilmir ki, bu da  səbəbsiz deyil. Səbəb də deyim ki, bizdə əcnəbi idmançılara olan xüsusi sevgidir. Bögələrdə idmana qayğı artmalıdır, uzunmüddətli  inkişafa apara biləcək strategiya, işlək mexanizm hazırlanmalıdır. Legionerlərin ölkəyə kütləvi axınının qarşısı birdəfəlik alınmalıdır. Belə hallar istisna ola bilər”.

 

Tahir Süleymanov deyir ki, işin təşkilindəki nöqsanlara görə, öz istedadlarımız üzə çıxmır.

“Yuxarıda güləşi xüsusi qeyd etdim. Fərdi idman növlərindən tutmuş futbola kimi keyfiyyətsiz legionerlərə milli pasportlar verilir, nöqsanlara görə öz istedadlarımız ən yaxşı halda kölgədə qalır, klublarımız tarixin yaddaşına köçür. Bunlara son qoyulsa, idmanı dərindən bilən mütəxəssislərimizə şərait yaradılsa, yaxın 10 ildə Azərbaycan idmanı dünya miqyasında daha böyük uğurlar qazana bilər və ən asası da bunlar davamlı olar”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü