Modern.az

Azərbaycanın üç deputatı Ermənistana gedib

Azərbaycanın üç deputatı Ermənistana gedib

Parlament

20 Fevral 2012, 21:15

Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev,  Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial   komitəsinin iclasında  iştirak etmək üçün  fevralın 21-dən 23-dək Ermənistanda səfərdə olacaqlar.
Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Komitənin toplantısında tərəfdaş  dövlətlərdə vətəndaş  cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması strategiyası, parlamentlərdə və  vətəndaş  cəmiyyətində  qadınların, gənclərin rolunun artırılması  və digər məsələlərin  müzakirəsi nəzərdə  tutulur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə