Modern.az

Lavrov ABŞ-ı alverçiyə BƏNZƏTDİ: “Ya istədiyimi alırsan, ya da...”

Lavrov ABŞ-ı alverçiyə BƏNZƏTDİ: “Ya istədiyimi alırsan, ya da...”

Dünya

2 Oktyabr 2019, 16:03

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Yaxın Şərqdə qeyri-stabilliyi saxlamaqda maraqlı olduğunu bildirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bu barədə “Valday“ diskussiya klubunun sessiyasında deyib.


“Vaşinqton özü üçün bitməyən, gərgin konflikt axtarır. Çünki ABŞ uzaqda, bazaları isə bura yaxındır. Onlar həmişə neftin hara axacağını, qazı hardan götürməyi, öz silahını hara satmağı müəyyən edirlər”.

 

Diplomat Moskvanın bu fonda müsbət imicini vurğulayıb:

“Biz heç kəsin dəvəti olmadan heç yerə təsir göstərmirik. ABŞ yaxşı alverçidi – ya alırsan, ya da başqa istiqamətdə sıxacağıq”.

 

  

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar