Modern.az

Mikayıl Müşfiqin abidəsi belə uçuruldu - Yerinə isə büst qoyuldu - FOTO+VİDEO

Mikayıl Müşfiqin abidəsi belə uçuruldu - Yerinə isə büst qoyuldu - FOTO+VİDEO

Aktual

2 Oktyabr 2019, 17:56

Mikayıl Müşfiqin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki büstü dağıdılıb. Bununla bağlı sosial şəbəkələrdə paylaşılan video ötən gündən etibarən müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri abidənin dağıdılmasına etiraz ediblər.

 

Modern.az məsələ ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildirilib ki, Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsi dağıdılmayıb, yenilənib:


“Həmin abidə yararsız vəziyyətdəydi və yerləşdiyi park köhnəlmişdi. Biz həmin abidəni dağıtmamışıq, sadəcə götürüb, yerinə yenisini yerləşdirmişik. Artıq mərmərdən hazırlanan, yüksək keyfiyyətli abidə yerinə qoyulub. Həmin ərazidəki park da yenilənir, abadlaşdırılır”.

Qeyd edək ki, sözügedən videonu tanınmış musiqiçi və pedaqoq Abbasqulu Nəcəfzadə paylaşıb. O, söküntüyə məruz qalan abidənin Bakının Müşfiqabad qəsəbəsində olduğunu paylaşımında qeyd edib. Abbasqulu Nəcəfzadənin məlumatına şərh yazanlar abidənin bu şəkildə götürülməsinin şairin ruhuna hörmətsizlik olduğunu bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub