Modern.az

İsmət Gözəlov: “Türk Şurası Xarici İşlər Nazirlərinin görüşü gözlənilir”

İsmət Gözəlov: “Türk Şurası Xarici İşlər Nazirlərinin görüşü gözlənilir”

3 Oktyabr 2019, 10:30

“Ayın 15-də 7-ci Zirvə toplantısı baş tutacaq. Toplantının mövzusu kiçik və orta sahibkarlıqdır. Burada ən önəmli tərəf Özbəkistanın Türk Şurasına üzv ölkə kimi qəbul olunmasıdır".

 

Modern.az xəbər verir ki, bunu Naxçıvan Müqaviləsinin 10-cu ili ilə bağlı Türk Şurasının keçirilən konfransda Türk Şurasının baş katibinin müavini İsmət Gözəlov jurnalistlərə açıqlamasında bildirib.

 

"Zirvə görüşündən öncə oktyabrın 14-ü Xarici İşlər Nazirlərinin görüşü gözlənilir. Oktyabrın 14-də eyni zamanda Zirvə görüşü çərçivəsində toplantının mövzusuna uyğun olaraq üzv dövlətlərdən biznes çevrələrinin nümayəndələrinin iştirakı ilə Biznes Forumunun keçirilməsi nəzərdə tutulur".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir